“Azərbaycana xeyli turistin gəlməsinə baxmayaraq, yoluxucu xəstəliklərin qarşısı alınıb“
Tarix: 13.01.2017 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


"Bir çox ölkədə, hətta həmsərhəd dövlətlərdə dəfələrlə epidemioloji alovlanmalar olmasına, Azərbaycana çoxsaylı turistin gəlməsinə baxmayaraq, yoluxucu xəstəliklərin qarşısı alınıb". Səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, Azərbaycanda epidemioloji sabitliyin qorunması sahəsində Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Səhiyyə Nazirliyinin birgə səmərəli fəaliyyəti nəticəsində uğur qazanmaq mümkün olub.
İcbari tibbi sığortadan danışan nazir qeyd edib ki, neçə ildir, mətbuatda və cəmiyyətdə onun tez bir zamanda tətbiqi ilə bağlı çağırışlar səslənir: “İcbari tibbi sığortanın tətbiqi üçün güclü maddi-texniki baza lazım idi. Şərait, lazımi avadanlıqlar və s. olmadığı dövrdə tibbi sığorta tətbiq olunsaydı, uğursuzluqla nəticələnərdi. Ancaq bu gün belə problemlər yoxdur. Nəhayət, 2017-ci ilin yanvarında Yevlaxda və Mingəçevirdə icbari tibbi sığorta sınaq layihə kimi fəaliyyətə başlayır. Pilot layihənin uğurlu olması çox vacibdir, çünki onun nəticələrindən asılı olaraq bu sistem bütün ölkəyə tətbiq edilə bilər. İcbari tibbi sığorta tibbi xidmətin inkişaf etdirilməsi, keyfiyyətinin artırılması baxımından bizə hava-su kimi vacibdir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Polisdən dilənçilərlə bağlı xəbərdarlıq
17.08.2019
Bakı Tikiş Evi: Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
16.08.2019
DOST mərkəzinə 25 000-ci vətəndaş müraciəti qeydə alınıb
16.08.2019
900-dən çox adam daimi yaşamaq üçün Azərbaycana gəlib
16.08.2019
Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10859

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info