“Biləsuvar, Neftçala, Cəlilabad və Salyanda 20-dək evin tikilməsi nəzərdə tutulub”
Tarix: 13.01.2017 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Biləsuvar rayonunda bu rayonun və Neftçala, Cəlilabad, Salyan, Cəbrayıl rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşların əmək hüquqlarının müdafiəsi, imtiyazlı şəxslərin dövlət büdcəsi hesabına mənzillə, reabilitasiya vasitələri ilə təminatı, məşğulluq, bərpa müalicəsinə köməklik göstərilməsi, əmək pensiyası və digər sosial təminat növlərinə hüququn müəyyən olunması və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər obyektiv şəkildə araşdırılıb, ayrı-ayrı müraciətlərlə bağlı hüquqi izahatlar verilib. Qəbul zamanı S.Müslümov vurğulayıb ki, dünya iqtisadiyyatında çətinliklərin yaşandığı ötən ildə olduğu kimi, cari ildə də Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti addımlar atılacaq.
 
İmtiyazlı şəxslərin dövlət hesabına mənzillə təminatına dair müraciətlərini cavablandıran S.Müslümov bu sahədə işlərin davam etdirildiyini diqqətə çatdırıb: “Son iki ildə Biləsuvar, Neftçala, Cəlilabad, Salyan rayonlarında 40-a yaxın fərdi yaşayış evi tikilərək Qarabağ müharibəsi və şəhid ailələrinə verilib. Həmin rayonlar üzrə daha 20-dək evin tikilməsi nəzərdə tutulub ki, onlardan bir çoxu artıq inşa edilir”.
 
Nazirliyin struktur bölmələrinin və qeyd olunan rayonlar üzrə qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda müraciətlərinə əsasən, bir sıra vətəndaşların məşğulluğunun təmin olunması üçün konkret tədbirlər görülüb. Onlara müvafiq ərazi üzrə boş (vakant) iş yerləri təqdim edilib, seçdikləri və əmək bacarıqları uyğun gələn iş yerlərinə göndərişlər verilib. S.Müslümov son bir ildə Biləsuvar, Neftçala, Cəlilabad, Salyan, Cəbrayıl rayonları üzrə 3 min nəfərədək şəxsin nazirliyin məşğulluq orqanları vasitəsilə işlə təmin edildiklərini bildirib: “Eyni zamanda bu rayonlar üzrə 102 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramı üzrə təlimlərə cəlb edilib. Qiymətləndirmə prosesində onlardan 84 nəfərin biznes-planları uğurlu hesab edilib və həmin şəxslərin ailə bizneslərinin mal və materiallar formasında dəstəklənməsi təmin olunacaq”. Qəbul zamanı müraciətinə əsasən bir nəfərə əlil arabası təqdim edilib, ayrı-ayrı vətəndaşların ehtiyaclarına uyğun olaraq müxtəlif reabilitasiya vasitələri ilə təmin olunmaları, nazirliyin aidiyyəti müəssisələrində  bərpa müalicəsinə, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmələri və s. barədə tapşırıqlar verilib.
 
Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlərdə əksini tapan məsələlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.


Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info