Salyanda məktəb binası tikilir
Tarix: 13.01.2017 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Salyanda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Son illər rayonda 16 yeni məktəb binası tikilib və 9 məktəbdə isə əsaslı təmir işləri aparılıb. Görülən işlərin davamı olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə rayonda ilk dəfə 1200 şagird yerlik yeni məktəb binasının inşasına başlanılıb.
Tikintisinə ötən il dekabrın əvvəlində başlanan üçmərtəbəli məktəb binası şəhər 2 və 3 saylı tam orta məktəblərin ərazisində inşa olunur. Müasir tələblərə cavab verəcək yeni məktəb binasında 48 sinif otağı, kimya-fizika laboratoriyası, kompüter otağı, idman və akt zalları, kitabxana, yeməkxana, tibb məntəqəsi olacaq.
Məktəb binası fasiləsiz elektrik enerjisi, istilik sistemi və içməli su ilə də təmin ediləcək. Bunun üçün yeni təhsil müəssisəsinin həyətində transformator quraşdırılacaq, qazanxana inşa olunacaq və hər biri 150 tonluq 3 su anbarının tikintisi aparılacaq. Məktəbin tikintisi növbəti tədris ilinədək başa çatdırılacaq.
Qeyd edək ki, bina hazır olandan sonra şəhər 2 və 3 nömrəli tam orta məktəblər birləşdirilərək yeni təhsil ocağına köçürüləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info