Türkiyə səfirliyi: “Azərbaycan əvəzsiz müttəfiqimiz və ən yaxın strateji ortağımızdır”
Tarix: 13.01.2017 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Türkiyə səfirliyi Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin yenidən qurulması və Türkiyənin Azərbaycandakı səfirliyinin yenidən açılmasının 25-ci ildönümü münasibətilə açıqlama yayıb. Açıqlamada deyilir:
“Türkiyə və Azərbaycanın 71 illik həsrəti 25 il əvvəl rəsmi olaraq sona çatıb. Mərhum şair Bəxtiyar Vahabzadənin vurğuladığı kimi "bir ananın iki oğlu, bir ağacın iki qolu" olan Türkiyə və Azərbaycan arasında "Diplomatik əlaqələrin yenidən qurulmasına dair Protokol" 14 yanvar 1992-ci il tarixdə imzalanıb və eyni gündə Türkiyə Respublikasının Bakıdakı Baş konsulluğu səfirliyə çevrilərək, Azərbaycanda açılan ilk səfirlik olub. Türkiyədəki qardaşları üçün Azərbaycan hər zaman xüsusi mövqedə olub, aramızda hörülən divarlar bu həqiqəti heç vaxt dəyişdirə bilməyib. Soyuq müharibə dövründə türk xalqı həsrətini Azərbaycan mahnılarını dinləyərək yox etməyə çalışıb. 1990-cı ildə Bakıda baş verən 20 Yanvar qırğını və daha sonra Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun işğal edildiyi zaman azərbaycanlı qardaşlarımızın məruz qaldığı qırğınlar, Türkiyədə hər bir vətəndaşımızın hiddətinə səbəb olub. Azərbaycan bu gün gəldiyi nöqtədə, dövlət həyatında qısa bir müddətdə özünü yenidən bərpa etdiyi kimi, hərtərəfli inkişaf həmləsi və artan rifah səviyyəsi ilə qibtə edilən bir ölkəyə çevrilib, 71 illik məşəqqətli dövrdən sonra beynəlxalq səviyyədə haqqı olduğu mövqeyə çatmışdır. Azərbaycan aradan keçən 25 il müddətində Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və Azərbaycanın Prezidenti İlham Əliyevin mətanətli liderliyi və iradəsi, regionumuzda sabitliyin və əməkdaşlığın möhkəm qalasına çevrilib. Azərbaycan beynəlxalq siyasi, iqtisadi və humanitar sınaqlar qarşısında eyni dəyərlər əsasında həmrəylik şəraitində hərəkət etdiyimiz, əvəzsiz müttəfiqimiz və ən yaxın strateji ortağımızdır. 2011-ci ildən bu günə qədər dövlət başçılarının rəhbərliyi ilə həyata keçirilən "Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının" iclasları əlaqələrin hər sahədə daha da dərinləşməsinə öz töhfəsini verib. Azərbaycan ilə Türkiyə arasında yüksək səviyyədə həyata keçirilən səfərlər və bütün sahələrdəki texniki əlaqələr intensivliyini qorumaqdadır. İki qardaş ölkə iqtisadi və digər bütün imkanlarını bəşəri dərinliyi ilə birləşdirib, regional və qlobal rifah və əmin amanlığa xidmət edir. Bunun ən gözəl nümunəsi, birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və tamamlanmaq üzrə olan Bakı-Tbilisi-Qars dəmiryolu və Avropanın enerji təhlükəsizliyinə də töhfəsini verəcək TANAP kimi ortaq layihələrdir. Eyni zamanda Azərbaycanla birlikdə reallaşdırdığımız Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli dialoqlar bölgəmizin firavanlığı və dincliyinə öz töhfəsini verməkdədir. Keçən 25 il ərzində birlikdə nail olduqlarımız gələcəyə ümidlə nəzər salmağımızı təmin etməkdə, birlikdə çalışaraq millətimiz üçün firavan gələcək qurmaq əzmimizi gücləndirməkdədir. Tarixdən bizə miras qalan Türkiyə və Azərbaycan arasındakı müstəsna əhəmiyyətli əlaqələri daha da inkişaf etdirmək və eyni taleyi bölüşərək ələ-ələ verib gələcəyə doğru irəliləmək bizlərin əcdadımız qarşısındakı borcumuz, uşaqlarımız qarşısında isə vəzifəmizdir".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info