Bakıda ilk dəfə Davos Forumu çərçivəsində tədbir keçiriləcək
Tarix: 13.01.2017 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Bakı şəhərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Global Shapers Community Baku” tərəfindən Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, ADA Universiteti və “Youth İnc” Gənclərin Sahibkarlıq Proqramının dəstəyi ilə Dünya İqtisadi Forumu (Davos Forumu) çərçivəsində “Davosa Doğru – Bakı” Forumu keçiriləcək.

Dünya İqtisadi Forumu (The World Economic Forum - WEF) 1970-ci illərdə akademik Klaus Şvab tərəfindən yaradılmış kiçik bir qrupdan, hazırda 2,500 iştirakçını qonaqlayan nəhəng təşkilata çevrilib. Hər il Forumun illik görüşü İsveçrənin Davos şəhərində keçirilir. Forumun gedişatı zamanı artıq bir neçə ildir ki əsas fəaliyyətlərdən biri kimi “Shaping Davos” fəaliyyəti həyata keçirilir. “Shaping Davos” dünya sakinlərinin Dünya İqtisadi Forumunun spikerləri ilə dialoqunun təşkili üçün bir vasitədir. “Shaping Davos” Dünya İqtisadi Forumunun gənclər platforması olan “Global Shapers” tərəfindən icra olunur. 2017-ci ildə bütün dünyadan cəmi 16 şəhər “Shaping Davos” fəaliyyətinin keçirilməsi hüququ qazanmışdır ki, bunlardan biri də Bakıdır. Bakı şəhərində keçiriləcək fəaliyyət 17 yanvar tarixində “SHAPING DAVOS – BAKU” Forumu şəkilində keçiriləcək. Forumun əsas mövzusu “Məşğulluq vasitəsi ilə yeni imkanların yaradılması”dır.

Forum 3 hissədən ibarət olmaqla gənc sahibkarların biznes təşəbbüslərinin sərgisi ilə başlayaraq, rəsmi açılış hissəsi və iki mövzunu əhatə edən panel hissədən ibarət olacaqdır. Panel sessiyalar “Peşə təhsili və qeyri-formal təhsil vasitəsilə gənclərin məşğulluğunun artırılması” və “Gənclərin sahibkarlığa cəlb olunması vasitəsilə yeni iş yerlərinin yaradılması” mövzularını əhatə edəcək. Sessiyalar zamanı dövlət qurumları, milli və transmilli şirkətlər, beynəlxalq təşkilatların nümayəndələri gənclərin işsizliyi ilə mübarizəsi üçün peşə təhsilindən bir vasitə kimi istifadənin mövcud təcrübəsi,  peşə təhsilli gənclərin marağını cəlb edən problemlər, gənclərin məşğulluğunun təmin olunması üçün peşə təhsilinin effektivliyi, qeyri-formal təhsilin gəncləri gələcək karyera üçün zəruri bacarıqlarla təmin etməsi, gənc sahibkarların üzləşdikləri problemlər, gənc sahibkarların Azərbaycan iqtisadiyyatında rolu, ölkədə gənclərin məşğulluğunun təmin olunmasında gənc sahibkarların rolu, özəl sektor və hökumət müəssisələrinin gənclərin sahibkarlıq fəaliyyətinə dəstəyi mövzularında müzakirələr aparacaqdır.

“Davosa Doğru – Bakı” Forumunun nəticələri 19 yanvar 2016-cı il tarixində Dünya İqtisadi Forumuna canlı bağlantı ilə Bakıdan Forumun əsas spikeri tərəfindən qoşularaq Dünya İqtisadi Forumunda səsləndiriləcək və mövzu üzrə onlayn beynəlxalq panel sessiyası təşkil olunacaq.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Azərbaycan Litvanın vacib tərəfdaşı olub və olacaq
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq
18.02.2019
Akkoç: “Türkiyə – Azərbaycan qardaşlığı və dostluğu əbədidir”
18.02.2019
“Vergi Ombudsmanı institutunun yaradılması vergi sistemində şəffaflığı artıracaq”
18.02.2019
“Moskvadakı insident, Rusiyada yaşayan iki nüfuzlu qardaş xalqın arasını vurmaq cəhdi idi”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info