“Dağlıq Qarabağ münaqişəsinin həllində Avstriya ilə əməkdaşlığa hazırıq”
Tarix: 13.01.2017 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


“Biz Dağlıq Qarabağ münaqişəsinin həllində Avstriya ilə əməkdaşlığa hazırıq”. Bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç qurumun Daimi Şurasının iclasında deyib. Lukaşeviç Avstriya xarici işlər naziri Sebastian Kurzun ATƏT-in regional münaqişələrin həllinə yardım etmək səylərini davam etdirməklə bağlı mövqeyini dəstəklədiklərini söyləyib: "Bu həssas və kövrək prosesdə “Hippokrat qanunu”na (“zərər vurma”) riayət etmək və üç əsas prinsipi xatırlamaq vacibdir: münaqişələr sülh yolu ilə, tərəflərin bilavasitə iştirakı və maraqlarının qorunması şərtilə, eləcə də mövcud formatlar çərçivəsində həll olunmalıdır. Biz Avstriya ilə Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin nizamlanması üçün, eləcə də Cənubi Qafqazda təhlükəsizliyə dair Cenevrə müzakirələrinin davamı kontekstində əməkdaşlığa hazırıq”. Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Avstriyanın sədrliyi dövründə təşkilatdan gözləntilərini də açıqlayıb: "Avstriyadan sədrliyi dövründə transmilli təhdidlərə qarşı ATƏT qərarlarına müvafiq olaraq mübarizə səylərinin gücləndirilməsini gözləyirik. Sözsüz ki, terrorla mübarizə prioritet olmalıdır”. Qeyd edək ki, 2017-ci il yanvarın 1-dən ATƏT-ə sədrlik Almaniyadan Avstriyaya keçib.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info