“Azərbaycan bizim strateji tərəfdaşımız və əsas qaz təminatçımızdır”
Tarix: 14.01.2017 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


“Gürcüstan ilə “Qazprom” arasında imzalanmış müqavilə bu ölkənin hökuməti qarşısında Rusiyadan əlavə təbii qaz alması barədə öhdəlik qoymur”.
Belə bir bəyanatla Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Qeorqi Qaxariya çıxış edib. Nazir deyib ki, bundan sonra Gürcüstan Rusiyadan Ermənistana satılan qazın nəqlinə görə, “mavi yanacaq” deyil, nağd pul kompensasiyası alacaq. Yeni müqaviləyə əsasən Gürcüstan Rusiyadan təbii qazı bazar qiymətindən aşağı - 1000 kubmetri 185 dollara ala bilər. Bu qiymət də Gürcüstanın bizim strateji tərəfdaşımız və əsas qaz təminatçımız olan Azərbaycandan aldığımız qazın qiyməti ilə eynidir. “Əgər biz strateji tərəfdaşımız olan Azərbaycandan lazım olan həcmdə təbii qaz alsaq, bizim Rusiyadan əlavə “mavi yanacaq” almağımıza heç bir ehtiyac qalmayacaq. Bununla da söhbət bağlanmış olacaq”, - deyə o bildirib. Nazirin sözlərinə görə, yeni müqavilə imzalamaqla Gürcüstan Rusiyadan əlavə qaz almaq barədə heç bir öhdəlik götürməyib. Gürcüstan Rusiyanın Ermənistana satdığı qazın öz ərazisindən nəqlinə görə əlavə gəlir əldə edəcək. Qeyd edək ki, Gürcüstan 2007-ci ildən Rusiyadan təbii qaz almır. Həmin ildən Gürcüstanın əsas təbii qaz təminatçısı olan Azərbaycan bu ölkənin mavi yanacağa olan ehtiyacının təqribən 90 faizini ödəyir.




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Azərbaycanla dostluq və qardaşlıq əlaqələri daha da inkişaf etdiriləcək
17.04.2019
Minsk qrupu tərəfindən Paşinyanın bəyanatına reaksiyanın olmaması pis nəticələnə bilər
17.04.2019
ABŞ elə düşünməməlidir ki, Türkiyə onun bütün tələblərini qəbul edəcək
17.04.2019
Azərbaycanda İKT bazarı sürətlə inkişaf edir
17.04.2019
Demoqrafik keçid Azərbaycanda hamar olacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info