Rus turistləri ölkəmizə cəlb etmək imkanlarımız çoxdur
Tarix: 14.01.2017 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Bugünlərdə internet saytlarının birində dərc olunmuş bir yazı diqqətimizi cəlb etdi. “Misirin hava limanları və otelləri rus turistlər üçün hazırlaşır” başlıqlı yazıda Misirin bu istiqamətdə hansı tədbirləri həyata keçirdiyi öz əksini tapıb.
Qeyd edək ki, Rusiya sərnişin təyyarəsinin Misirdə qəzaya uğramasından sonra yaranan problem turizmə də böyük zərbə vurmuşdu. Ancaq bu bir faktdır ki, turizm bir sıra dünya ölkələrinin əsas gəlir mənbəyinə çevrilib. Bu sektoru inkişaf etdirmək üçün ölkələr arasında rəqabət getdikcə güclənir. Bir çox turizm ölkələrinin üstünlük verdikləri turistlərdən biri məhz ruslardır. Xatırladaq ki, bir müddət öncə Türkiyə məhz rus turistlərin cəlbi məqsədilə çarter reysləri təşkil edərək, 6 min dollarlıq yanacaq ayırmışdı.
Turizm sahəsində böyük potensiala malik olan ölkəmizdə bu sektorun inkişafı vacibdir. “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə göstərilir ki, məqsəd Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılmasını təmin etməkdir.
Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, 2016-cı ildə turizm sahəsində dönüş yaranıb: “Dünyada iqtisadi böhrana baxmayaraq, 2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 11 faiz artıb. Azərbaycanda 35 mehmanxana tikilib, 25 mehmanxana tikilməkdədir. Ümumiyyətlə, Azərbaycanda mehmanxanaların sayı 500-dən çoxdur.
2017-ci il turizmlə bağlı daha da uğurlu olacaq. Həm Bakıda, həm bölgələrdə böyük canlanma olacaq. Turizm infrastrukturu da buna hazır olmalı, ikiulduzlu, üçulduzlu otellərin tikintisinə daha çox fikir verilməlidir”.

Misir rus turistləri qarşılamağa hazırlaşır
Hazırda qış turizm mövsümü ilə bağlı turizm ölkələri bu mövsümdən faydalanmağa çalışırlar. Bu baxımdan Misir artıq rus turistləri qış və qarşıdan gələn yaz mövsümü üçün ölkəsinə cəlb etməyə çalışır. Hava limanlarının təhlükəsizliyi və rus turistin təkrar ölkəyə dönməsi üçün böyük cəhd göstərən Misir, uçuşların qısa müddətdə başlayacağı ilə bağlı optimist düşünür. “Russia 24” televiziyasında çıxış edən Misirin Moskva səfirliyinin müşaviri Ayman Musa bildirib ki, “Rusiyadan uçuşların başlamasını uzun zamandır gözləyirik. Bu müddət içində hava limanlarında lazımlı bütün təhlükəsizlik tədbirlərini aldıq. Həm Rusiyadan, həm də dünyanın digər ölkələrindən turistlərin təkrar Misirə dönəcəyinə əminəm”. Misirə çarter uçuşların təkrar başlaması üçün lazım olan hər şeyi etdiklərini deyən A.Musa, ölkədəki otellərin də yeni dövrə hazır olduğunu qeyd edib. Rus heyətin Misir hava limanlarındakı təhlükəsizlik tədbirlərini yerində araşdırmaq üçün bu anda ölkədə olduğu, gələn xəbərlərə görə heyət alınan tədbirlərdən olduqca məmnundur. Hava limanlarında, biometrik giriş sistemindən baqaj nəzarət sistemlərinə qədər yeni təhlükəsizlik tədbirləri həyata keçirilib.
Misirdəki hava limanının təhlükəsizliyi üçün hökumətin bu sahədə mütəxəssis bir təhlükəsizlik şirkəti ilə işə başladığını deyən Ayman Musa, təhlükəsizlik şirkətinin işçilərinin İngiltərədə xüsusi institutlarda təhsil aldığını və işinin mütəxəssisi olduğunu da bildirib.

“Krımdakı otellər bu il boş qala bilər”
Rusiya Tur Operatorları Birliyi (ATOR), rus vətəndaşlarının bu il yaz mövsümündə otelçilərin qiymətləri kritik səviyyəyə qədər yüksəltdikləri Krım yerinə Türkiyə və Misiri seçəcəklərini bildirib. ATOR, Krımın bəzi obyektlərinin 2016-ci ildən çox turist gözlədiklərini söyləyərək, "Gördüyümüz qədər onların gözlədikləri boşa çıxdı, buna görə qiymətlər iyul ayında düşməyə başladı, lakin bu tarixə qədər turistlərin çoxu yaz tətili planlarını edərək, digər mehmanxanalarda turlarını satın almışdılar. Bu vəziyyət 2017-ci ildə də təkrar oluna bilər, lakin artıq risklər daha çoxdur. Krımdakı otellər yalnız digər rus şəhərlərilə rəqabət edərkən, bu il Türkiyə və bəlkə də Misir Krıma alternativ ola bilər" deyib.
Eləcə də hazırda qış mövsümündə turist sayında eniş müşahidə edilir. Turistlər yay mövsümündə ailələrilə birlikdə tətil etmək üçün pul topladıqları və xarici turlarda seçim edəcəkləri bildirilib.

Avropa səyahət bazarında 2017-ci ilin seçimləri
Avropa səyahət bazarının 2017-ci ilin tətil seçimlərində İspaniya yenə ən məşhur destinasiya olaraq göstərilib. Bu çərçivədə alman və ingilis turistlərdəki təhlükəsizlik narahatlığının Türkiyəni arxa plana saldığı göstərilir. Araşdırma qurumu olan GFK tərəfindən açıqlanan yanvar ayında bronlaşdırma ilə bağlı xüsusilə İngiltərə və Almaniyada önə çıxan destinasyaların İspaniya, Xorvatiya, Yunanıstan, Bolqarıstan və Çernoqoriya olduğu ortaya çıxıb. Avropalı turistlər üçün 2017-ci il seçimlərində bu ölkələrin önə çıxmasının qiymətləndirən təşkilat, tələbdəki artımın əsas səbəbinin, Türkiyə, Tunis, Misir kimi bəzi ölkələrdə yaşanan təhlükəsizlik problemlərinin turistləri narahat etməsi olub. Mütəxəssislərə görə, 2017-ci ildə Birləşmiş Krallıq üçün yaz tətilləri 10-15 faiz daha bahalı olacaq.
Araşdırmadakı digər məqamlara görə, yanvar ayının ilk günlərində İspaniyaya yaz tətili üçün tələb 15 faiz artıb. Yaxın gələcəkdə bronlaşdırmada artımın ən az 30 faiz artacağı gözlənilir. Analitiklərə görə, İspaniya üçün önümüzdəki altı- səkkiz həftə, son bir neçə ildir İngiltərədə ən yaxşı satış dövrləri olacaq. Digər tərəfdən alman turistlərin İspaniya, Bolqarıstan, Xorvatiya və Yunanıstana daha çox maraq göstərdiyi bildirilir.
Göründüyü kimi, bir çox ölkələrdə təhlükəsizlik, eləcə də tətillərin baha qiymətə olması problemləri yaşanır. Belə bir şəraitdə bu gün sabitliyin mövcud olduğu ölkəmizdə turizmdən hər cür yararlanmaq, ölkəmizi turizm ölkəsi kimi geniş şəkildə təqdim edərək turistləri ölkəmizə cəlb etməyə çalışmalıyıq. Bu gün uzaq ölkələrin rus turistləri ölkələrinə cəlb etmələrinə çalışdığının şahidi olsaq da, qonşu ölkə kimi biz rus turistlərin daha çox gəlməsinə şərait yarada bilərik. Bunun üçün bir sıra tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Bizim həmin turistləri cəlb etmək imkanlarımız daha çoxdur.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info