11 milyon barel Azərbaycan nefti Asiya ölkələrinə istiqamətlənib
Tarix: 14.01.2017 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Bu ay rekord həcmdə - 11 milyon barel Azərbaycan xam nefti Asiya ölkələrinə istiqamətlənib.
“Reutters.com” xəbər verir ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin hasilatı azaltması ilə yarana biləcək hər hansı boşluğu doldurmaq üçün Avropa və Çin treyderləri tərəfindən bu ay Asiyaya Şimal dənizi və Azərbaycandan rekord həcmdə - 22 milyon barel xam neft istiqamətlənib. Şimal dənizindən istiqamətlənən xam neftin həcmi də 11 milyon barel təşkil edib. Həmin xam neft artıq ya tankerlərdən boşaldılıb, ya da Asiya yolundadır. “Asiyanın xam neftə ehtiyacı var. Avropanın isə bu tələbatı ödəyəcək nefti var. OPEC-in hasilatı azaltması neftin qiymətini qaldırıb ki, bu da Avropa neftinin Asiyaya nəqlini sərfəli edir”, - deyə treyderlərdən biri bildirib. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən isə bildirilib ki, ötən ilin dekabr ayında SOCAR Asiya istiqamətində 5 milyon barel, bu ilin yanvar ayında 1 milyon barel göndərib. Yanvar ayında daha 3 milyon barel Azərbaycan xam neftinin SOCAR tərəfindən Asiya istiqamətində göndərilməsi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info