“Hər bir dövlət orqanı çalışır ki, “ASAN xidmət” səviyyəsində fəaliyyət göstərsin”
Tarix: 14.01.2017 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Əliməmməd Nuriyev: “ASAN indeks” nəticəsində bütün dövlət orqanları tərəfindən göstərilən xidmətlər ölçüləcək”

Ölkəmizdə sosial-iqtisadi sahədə, o cümlədən dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatların həyata keçirilməsi öz effektini göstərməkdədir. Bu baxımdan Azərbaycanda dövlət başçısının təşəbbüsü ilə yaradılan “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti daha çox diqqət çəkir.
Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarınavə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev nitqində bunu xüsusi qeyd edib: “2016-cı ildə ictimai xidmətlər sahəsində işlər uğurla gedib, “ASAN xidmət” mərkəzlərinin sayı 11-ə çatıb. Son illər ərzində 13 milyon müraciət olmuşdur və vətəndaşların bəyənmə əmsalı təxminən 100 faizə yaxındır. Bu da ictimai xidmətlər, ümumiyyətlə, ictimai münasibətlər sahəsində bir inqilab idi və bu, artıq Azərbaycan brendidir. Artıq bəzi ölkələr bizim təcrübəmizi tətbiq etməyə başlamışlar. Keçən il “ASAN xidmət” öz funksiyalarını genişləndirdi, “ASAN Kommunal”, “ASAN Qatar”, “ASAN Viza” təşəbbüsləri irəli sürüldü. Onu da qeyd etməliyəm ki, “ASAN Viza”nın fəaliyyəti nəticəsində ölkəmizə gələcək turistlərin sayı bundan sonra da artacaq”.
Prezident bildirib ki, “ASAN xidmət”in coğrafiyası bundan sonra da genişləndiriləcək: “ASAN xidmət”in funksiyalarını da genişləndirəcəyik. Çünki o, öz səmərəliliyini artıq göstərib. Vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndirilir. Ona görə hər bir dövlət qurumunda və ictimai sahədə şəffaflıq “ASAN xidmət”dəki kimi olmalıdır”.
“ASAN xidmət”in fəaliyyəti ictimaiyyət, eləcə də vətəndaş cəmiyyəti üzvləri tərəfindən də yüksək qiymətləndirilir. “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bizimlə söhbətində dedi ki, “ASAN xidmət” Azərbaycanın intellektual məhsuludur: “Ən vacib məsələ ondan ibarətdir ki, “ASAN xidmət” mərkəzlərində vətəndaşlara yüksək mədəni davranış göstərilir. Həmçinin burada operativ və şəffaflıq var, hər hansı korrupsiya sövdələşməsi imkanı sıfırdır. Vətəndaşlar burada bir məkanda olmaqla çoxsaylı xidmətləri almaq imkanına malik olurlar. Başqa sözlə, sanki supermarket xidməti göstərilir.Vətəndaşların bütün ödənişlərlə bağlı əvvəlcədən məlumatları olur və bu ödənişlər elə oradaca bank vasitəsilə həyata keçirilir. Bütövlükdə xidmətlərin müxtəlifliyi, çox qısa müddətə xidmətin göstərilməsi, şəffaflığın yüksək səviyyədə olması, vaxta və əlavə xərclərə qənaət, mədəni davranış, bütün bunlar dəyərlərdir”.
Əliməmməd Nuriyevin sözlərinə görə, hər bir insan“ASAN xidmət”dən istifadə edərkən özünü rahat hiss edir: “İnsanda bir məmnunluq yaranır. Bu, əlbəttə ki, yüksək standartlardır. Digər dövlət qurumlarının da bu dəyərlərə uyğun olaraq fəaliyyət göstərməsi vətəndaşlarda məmnunluq yaradır. Bütün bunlar müasir idarəetmənin ən vacib elementləridir. Bu gün vətəndaş belə davranışları gözləyir. Ona görə də Prezidentin son müşavirədə qeyd etdiyi kimi, digər dövlət qurumlarının da fəaliyyəti bu standartlara uyğun olmalıdır. Eyni zamanda Azərbaycan Prezidenti “ASAN xidmət” standartlarına çatması üçün Açıq hökumətin təşviqi ilə bağlı 2016-2018-ci illər üzrə Milli Fəaliyyət planını da bunu vacib istiqamət kimi nəzərdə tutub, həmçinin dövlət orqanları qarşısında tapşırıq olaraq müəyyənləşdirib”.
“ASAN indeks”inyaradıldığını xatırladan Əliməmməd Nuriyev dedi ki, bunun nəticəsində bütün dövlət orqanları tərəfindən göstərilən xidmətlər ölçüləcək: “Beləcə, dövlət orqanlarının bu standartlara nə dərəcədə cavab verməsi müəyyənləşəcək. Eyni zamanda əgər burada hər hansı geriləmələr varsa, hər bir dövlət orqanı çalışacaq ki, xidmət səviyyəsini yüksəltsin. Yəni bu modern idarəetmənin formasıdır. Bundan sonra bir çox dövlət orqanlarında xidmətlərin belə səviyyədə göstərilməsi ilə bağlı rəqabət yaranıb. Hər bir dövlət orqanı çalışır ki, “ASAN xidmət” səviyyəsində fəaliyyət göstərsin”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info