“Ermənistan hakimiyyəti ölkəni müstəqilliyin bütün atributlarından məhrum edib”
Tarix: 14.01.2017 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Qraçya Qalustyan: “Avrasiya Birliyinə üzv olan dövlətlər Azərbaycanı ən əhəmiyyətli tərəfdaşı hesab etdiyi halda, Ermənistana tüpürməkdən belə, çəkinmirlər”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Azərbaycanla münasibətlərin inkişafı ilə bağlı səsləndirdiyi fikirlər Ermənistanda qıcıq yaradıb.
Erməni ekspert Qraçya Qalustyan “armenianreport.com” saytına təqdim etdiyi məqalədə qeyd edir ki, Avrasiya İqtisadi Birliyinə üzv olan üç dövlət Azərbaycanı özünün ən əhəmiyyətli tərəfdaşı hesab edir. Bu dövlətlərdən ikisi Azərbaycana müasir silahlar satır. Ümumilikdə birliyə üzv olan üç dövlət Ermənistanın rəylərinə sayğısızlıq göstərir, hətta onu üzünə tüpürməkdən belə, çəkinmirlər: “Bəyəm, bu, təsadüfdür ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ölkəsinin Azərbaycanla bundan sonrada əlaqələrinin genişləndiriləcəyi barədə bəyanat verir. Rusiyanın Azərbaycanla iqtisadi sahədə əldə etdikləri nailiyyətlərdən, iki ölkə arasındakı mal mübadiləsinin artdığından danışır. Bu bəyanat Ermənistan üçün alçaldıcı hal kimi dəyərləndirilməlidir. Artıq vəziyyət o həddə çatıb ki, Amerikanın analitik mərkəzi olan “Stratfor” Belarus və Qazaxıstanın Ermənistan nümayəndəsini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında baş katib kimi görmək istəmədikləri barədə məlumat yayıb. “Stratfor” elə bizə də məlum olanlar barədə yazı dərc edib. Reallıq göz önündədir, həm Belarus, həm də Qazaxıstan rəhbərliyi Ermənistana qarşı düşmən siyasəti nümayiş etdirməkdə davam edirlər. Bütün bunlar günümüzün reallığıdır. Avrasiya İqtisadi Birliyinə üzv olan dövlətlər Azərbaycanı özlərinin mühüm müttəfiqi hesab edirlər. Bu dövlətlər Ermənistanın böyük və kiçik olmasından asılı olmayaraq istənilən məsələ ilə bağlı rəyinə tüpürməkdən çəkinmirlər. Azərbaycanın fanatlarının olduğu bir klubda Serj Sərkisyan Ermənistanı müdafiə etməkdə acizdir. Bu da reallıqdır. Avrasiya İqtisadi Birliyinə üzv olmayan Azərbaycan hətta Ermənistana təzyiq göstərmək imkanına malikdir. Azərbaycan dövlətinin Bordyujanın vəzifəsindən kənarlaşdırmaq, Ermənistan nümayəndəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı rəhbərliyinə gətirilməsinə imkan verməmək, blogger Lapşinin həbs edilməsinə nail olmaq kimi səlahiyyətləri var. Bizim aciz dövlət rəhbərimiz isə eyni şeyləri təqlid etməkdə davam edir ki, bunun da heç bir müsbət dəyişikliyə gətirib çıxarmayacağı göz önündədir. Ona görə də, Ermənistan dövlətindən, şəxsən Serj Sərkisyandan ölkə üçün nəsə yaxşı bir şey gözləməyə dəyməz. Ermənistan hakimiyyəti faktiki olaraq, ölkəni müstəqilliyin bütün atributlarından məhrum edib”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info