«Ermənistanı tərk etmək istəyənlərin sayı «Gallup»un açıqladığı 40 faiz rəqəmindən daha çoxdur»
Tarix: 08.04.2013 | Saat: 22:58:00 | E-mail | Çapa göndər


«Doğum əmsalına görə bir qadına 1,7 uşaq düşür»
Erməni ekspert Qalust Qriqoryanın bu ölkə mətbuatında yayılan son məqaləsi Serj Sərkisyanın andiçmə mərasiminə həsr olunub. Daha doğrusu, andiçmə mərasimi öncəsi ölkənin ağır vəziyyəti şərh edilib. Ekspertin həmin məqaləsini təqdim edirik: «Qeyri-legitm prezident Serj Sərkisyanın andiçmə mərasiminə çox az bir vaxt qalıb.

Serj Azatoviçin hakim komanda daxilində və kənardakı pərəstişkarları bu mərasimdə böyük ruh yüksəkliyi ilə iştirak etmək istəyirdilər. Amma qətran qaşığı olmadan da bal çəlləyi olarmı? Serj Sərkisyan üçün də belə bir qaşıq tapılıb və «Gallup» təşkilatının 12 postsovet məkanı ölkələrində ictimai rəylə bağlı həyata keçirdiyi rəy sorğusunun nəticələri ona şappıltı ilə vurulan zərbə oldu. Qətran qaşığı bu dəfə çox böyük oldu: postsovet ölkələri arasında ən çox Ermənistan sakinləri miqrasiya etməyə həvəslidirlər. Daha dəqiq desək, «imkan düşərsə daimi yaşamaq üçün hansısa xarici ölkəyə gedərsinizmi» sualına Ermənistan sakinlərinin 40 faizi müsbət cavab verib. Bu rəqəm Serj Sərkisyanın başına açılan yoxlama atışı olmaqla yanaşı, kimlərin seçkidə ona «səs verdiyini» ortaya qoyur. Bu qədər axmaqcasına yalan danışmağı bacara bilən başqası yoxdur. Onlar xalqın adından istifadə edərək növbəti 5 il ərzində də xalqı talamaq və daha da varlanmaq istəyirlər. Sizə nifrət edirlər, sizi görmək istəmirlər. Xalq öz bədbəxtliyinin bütün günahını sizdə görür və çıxış yolunu qaçıb getməkdə görür. Qaçırlar ki, özləri olmasa belə, övladları, nəvələri üçün normal həyat şəraiti təmin edə bilsinlər. Reallıqda belə insanların sayı «Gallup»un açıqladığı 40 faiz rəqəmindən daha çoxdur. Ermənistan vətəndaşları yaşamaq üçün hara gəldi getmək, hansı işə gəldi onunla məşğul omlaq istəyirlər. Təki pəncərələrində Ermənistanda olmayan ümid işığını görə bilsinlər. Ölkəmizdə yaşayaraq vətənə xeyir verə biləcək əməksevər insanlarımız, müxtəlif sahəni əhatə edən ustalarımız Sibirə belə, gedib işləməyə razıdırlar ki, ailələrini, yaxınlarını dolandıra bilsinlər. Bizim vətəndaşlarımız əsasən Rusiyaya üz tuturlar. Ermənistandan başını götürüb qaçanların 80 faizi bu ölkəyə üz tutur. Nəyə görə Rusiya? Birinci növbədə ona görə ki, Avropaya viza almaq çox çətindir. Digər tərəfdən Avropanın özü bu gün iqtisadi böhrandan əziyyət çəkir. Rusiyaya gedən ermənilərin əksəriyyəti «Rusiya ruslar üçün, Moskva moskvalılar üçündür» şüarı ilə yaşayan millətçilərin qurbanına çevrilir. Döyülmə, təhqir olunma, ələ salınma, hətta ölüm riski belə, vətəndaşlarımızın Rusiyaya axınının qarşısını almır. Ermənilər kütləvi şəkildə ölkəni tərk etməkdədir, nəticədə Ermənistan az əhalinin yaşıdığı ölkəyə çevrilib. Bunun ardınca Sərkisyan həmin boş qalmış yaşayış məntəqələrinə gedərək insanları nankorluqda məzəmmət edir. Əhali məsələsi Köçəryanın dönəmində başlayan, sonradan Sərkisyan tərəfindən davam etdirilən siyasət nəticəsində Ermənistanın düşdüyü iqtisadi və siyasi uçurumun yeganə göstəricisi deyil. Əgər Sovet İttifaqı dağılarkən bir qadına 2,5 uşaq düşürdüsə, hazırda bu rəqəm 1,7-dir. Ermənistan gəncləri istəyərlər ki, ailədə 3 və 4 uşaqları olsun. Amma iqtisadi çətinlik səbəbindən bir, maksimum iki uşaqla kifayətlənməli olurlar. Bunun nəticəsində Ermənistan əhalisi sürətlə azalır. Optimist proqnozlara görə, ölkə əhalisi 50 ildən sonra 100-200 min nəfər arası azalacaq. Daha real ssenariyə görə, bu rəqəm 500-600 minə çata bilər. Amma Sərkisyanı gələcək az maraqlandırır. Onu bu gün ancaq andiçmə mərasiminin necə keçiriləcəyi maraqlandırır. Qarşıdakı 5 il ərzində özünün və ətrafındakı murdarların böyük pul aktivini daha da artırmağı planlaşdırır».

Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
“Türk Hava Yolları” Nigeriyanın Port Harkort şəhərini uçuş şəbəkəsinə daxil edir
27.06.2019
Rusiyada sərnişin təyyarəsi qəza enişi edib, ölənlər və yaralananlar var
27.06.2019
Putin İnquşetiyanın yeni rəhbərini təyin edib
26.06.2019
Gürcü larisi tarixi minimumu yenilədi
26.06.2019
Rusiyaya tətbiq olunan sanksiyalar alman şirkətlərini müflis etdi

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info