Misir Prezidentinə N. Gəncəvi Beynəlxalq Mərkəzinin mükafatı təqdim edilib
Tarix: 16.01.2017 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi bölgədə və Ərəb dünyasında terrorla mübarizədəki roluna görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) mükafatı ilə təltif olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, mükafat Prezident Sarayında NGBM-nin nümayəndə heyətinin iştirakı ilə keçirilən xüsusi mərasimdə Əbdülfəttah əs-Sisiyə təqdim edilib. Misir Prezidenti bu mükafatı yüksək qiymətləndirərək NGBM-nin ailəsinə qəbul olunmasından məmnunluğunu bildirib.
Prezident Əbdülfəttah əs-Sisi Mərkəzin müxtəlif sivilizasiyalar və dinlər arasında tolerantlıq və dialoq dəyərlərini müdafiə etməyə çağıran mesajını təqdir edib, xüsusilə Qahirədə təşkil edilən NGBM-nin XI Ali Səviyyəli Toplantısının və müzakirə edilən mövzuların region üçün əhəmiyyətini vurğulayaraq deyib: “Misirdə belə bir inam var ki, terrorizm təhlükəsinin məğlub edilməsi təhlükəsizlik və hərbi aspektlərlə məhdudlaşmır, hərtərəfli strategiya tələb edir, demokratiyanın intellektual təməllərini rədd etmək və demokratiya dəyərlərini dəstəkləmək üçün görülən işləri genişləndirməyi, bundan əlavə dinlərin tolerant dəyərlərinin təşviqi və başqa dəyərlərə hörmətlə yanaşmanı tələb edir”.
Görüşdə Misir Prezidentinə V Qlobal Bakı Forumunda iştirakı ilə bağlı NGBM-nin dəvəti çatdırılıb. Əbdülfəttah əs-Sisi artıq Davos İqtisadi Forumunun siyasi alternativinə çevrilən Qlobal Bakı Forumunda ölkəsinin ali səviyyədə təmsil olunacağını bildirib.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdə NGBM-in həmsədri İsmail Seragəldin, Makedoniya Prezidenti George İvanov, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın keçmiş Prezidenti Petar Stoyanov, Bosniya və Herseqovinanın sabiq hökumət başçısı Zlatko Laqumciya, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Albaniyanın sabiq Prezidenti Rexhep Meydani, Rumıniyanın sabiq dövlət başçısı Emil Konstantinesku, Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko, Livanın keçmiş Prezidenti Amine Gemayel, Moldovanın sabiq dövlət başçısı Petru Luçinski, Nigeriyanın eks-prezidenti Olusegun Obasanjo, Xorvatiyanın keçmiş Prezidenti İvo Josipoviç, Ekvadorun eks-prezidenti Rosalia Arteago, İordaniyanın keçmiş Baş naziri Taher Masri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, NGBM-in Baş katibi Rövşən Muradov və təşkilatın digər üzvlərindən ibarət nümayəndə heyəti iştirak ediblər.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ilin sentyabrında xalqlar və mədəniyyətlər arasında bilik, tolerantlıq, dialoq və anlaşmanı inkişaf etdirmək məqsədilə yaradılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info