“ABŞ kəşfiyyatı diplomatımızı “verbovka“ etməyə çalışıb“
Tarix: 16.01.2017 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


"ABŞ xüsusi xidmət orqanları rusiyalı diplomatı keçmiş hökumət başçısı Yevgeni Primakova dərman alarkən əməkdaşlığa cəlb etməyə çalışıblar".
 
"RİA Novosti"nin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” telekanalına müsahibəsində deyib.
 
M. Zaxarova bildirib ki, vaxtilə Y. Primakovun müalicəsi üçün ABŞ-da satılan bir dərmana ehtiyac olub. Bu məqsədlə ABŞ-dakı Rusiya diplomatlarından birinə dərmanı alması üçün tapşırıq verilib və keçmiş baş nazirin ailəsinin, dostlarının topladığı 10 min dollar ona göndərilib. "Bütün rəsmi proseduralara əməl olunub, lazımi arayış və reseptlər yazılıb. Diplomat aptekə daxil olduqda ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları yaxınlaşaraq onu mobil rabitənin çalışmadığı zirzəmiyə aparıblar və bir saat ərzində onunla söhbət ediblər. Bu söhbət adi söhbətdən çox, diplomatı onlara işləməyə razı salmaq cəhdinə bənzəyib. Diplomatı dərmanların qanunsuz dövriyyəsində ittiham etməklə qorxutmağa çalışıblar. Nəticədə preparat diplomatdan alınıb və pul da ona geri qaytarılmayıb”.
 
M. Zaxarava əlavə edib ki, ABŞ dövlət katibi Con Kerri hadisəni qəbuledilməz adlandırıb və preparatın Rusiyaya çatdırılması üçün əllərindən gələni edəcəklərini söyləyib. "Təəssüf ki, çox vaxt itirildi", - deyə XİN nümayəndəsi qeyd edib.
 
C. Kerrinin müdaxiləsinə baxmayaraq, həmin diplomat bir qədər sonra ABŞ-dan çıxarılıb.  

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info