NDU 2016-cı ilə yekun vurdu
Tarix: 16.01.2017 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində 2016-cı iln yekularına və qarşıda duran vəziələrin müzakirəsinə həsr olunmuş tədbir keçrilib. Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov məruzə edərək ötən ilin Naxçıvan Muxtar Respublikası üçün bir çox sahalərdə olduğu kimi ali təsilin inkişafı, universitet quruculuğu sahəsində də əhəmiyyətli uğurlarla yadda qaldığını vurğulayıb. Qeyd olunub ki, yarım əsrlik tarixə malik Naxçıvan Dövlət Universitetində ötən ildə regionun kadr təminatı, dünyaya inteqrasiya, maddi-texniki bazanın gücləndirilməsi, müasir tədris laboratoriyalarının istifadəyə verilməsi istiqamitində bir sıra işlər işlər görülüb. Dünyanın 80-dən çox tanınmış universiteti ilə beynəxalq əmədaşlığa malik olan universitet TEMPUS proqramı çərçivəsində bir sıra layihələrdə təmsil olunub. Beynəlxalq əlaqələrin inkişafı, müəllim-tələbə mübadiləsi, tələbə kontingentinin artması, elektron universitet yaradılması istiqamətində bir sıra əhəmiyyətli uğurlar qazanılıb. Universitetdə il ərzində “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” və digər beynəlxalq və ümumrespublika səviyyəli elmi konfrans və simpoziumlar keçirilib, universitet əməkdaşlarının aktual elmi nəşrləri – monaqrafiya, dərslik və dərs vəsaitləri işıq üzü görüb. Tələbələr elm, təhsil, mədəniyyət, idman sahəsində keçirilən müxtəlif yarış və müsabiqələrin, çempionatların qalibləri olublar. Rektor, Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında elm və təhsilin inkişafı, mütəxəssis hazırlığı ilə bağlı qarşıya qoyulan vəzfələrin həyata keçirilməsi istiqamətində görüləcək işlərdən bəhs edib, ali təhsilin, elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi, daxili nizam-intizamın möhkəmləndirilməsi ilə bağlı tapşırıqlar verib.
İqdisad fakültəsinin dekan müavini, dosent Əşrəf Ələkbərov, Azəbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev məruzə ətrafında çıxış edərək mövcud problemlərən danışıblar, sessiyanın irəli sürdüyü prioritet məsəslələrin həlli məqsədilə pedaqoji kollektivin əzmkarlıqla fəaliyyət göstərəcəyini bildiriblər.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info