Fikrət Əmirovun xatirəsi ABŞ-da anılıb
Tarix: 16.01.2017 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda görkəmli bəstəkar Fikrət Əmirovun (1922-1984) əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.
 
Konsulluqdan  bildirilib ki, Azərbaycan klassik musiqisinin ABŞ-da təbliği ilə bağlı Baş Konsulluğun silsilə tədbirləri çərçivəsində keçirilən musiqi gecəsi, Los Ancelesin tanınmış Cedars-Sinai Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən, həkim və səhiyyə xadimlərini özündə birləşdirən "Bir Ürək Xilas Et" Xeyriyyə Cəmiyyəti ilə birgə təşkil olunub. 
 
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev F. Əmirovun həm Azərbaycan, həm də dünya musiqisinə əvəzsiz töhfələr verdiyini və öz musiqi məktəbini quraraq, sonrakı nəsillərə böyük bir miras qoyub getdiyini bildirib. Diplomat, 2017-ci ilin F.Əmirovun anadan olmasının 95 illiyinə təsadüf etdiyini vurğulayaraq, bəstəkarın həyat və yaradıcılığı barədə qonaqları məlumatlandırıb.
 
Baş konsul 1959-cu ildə Sovet bəstəkarı Dmitri Şostakoviçin rəhbərliyi altında SSRİ-dən ABŞ-a ezam edilmiş, Sovet klassik musiqisini təmsil edən dörd bəstəkardan birinin F.Əmirov olduğunu bildirib.
 
Daha sonra "Bir Ürək Xilas Et" Xeyriyyə Cəmiyyətinin rəhbəri, tanınmış kardioloq İzhar Xaruzi və Cəmiyyətin İdarə Heyətinin üzvü Esfir Blauqrund çıxış edərək, F. Əmirovun zəngin musiqi irsinin olduğunu, onun yalnız Azərbaycan musiqisinə deyil, dünya xalqlarının musiqi xəzinəsinə də böyük töhfələr verdiyini bildiriblər.
 
Çıxışlardan sonra bəstəkarın "Min Bir Gecə" baletinin video-nümayişi keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info