Prezident təqaüdçüsü: “Universitet seçərkən o qədər də çox düşünmədim”
Tarix: 16.01.2017 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin “BANM-in Prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Ramil Hüseynov cavablandırır.
-Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin.
- Mən, Hüseynov Ramil Ceyhun oğlu 2000-ci ildə Rusiya Federasiyasının Radujniy şəhərində anadan olmuşam. Ucar şəhər 2 nömrəli məktəbdə orta təhsil almışam. Qeyd edim ki, 7-ci sinfə qədər rus bölməsində, 7- ci sinifdən sonra isə Azərbaycan bölməsində oxumuşam. Orta məktəbi bitirib ali məktəblərə keçirilən qəbul imtahanından müvəffəqiyyətlə keçərək BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil oldum, Prezident təqaüdünə layiq görüldüm, hazırda I kurs tələbəsiyəm.
- İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?
- Həmin vaxtlar, düzü, yorğun bir dövr idi. Qarşıya məqsəd qoyub bütün fikrimi oxumağa yönəltmişdim. Bir qədər də gərgin dövr kimi yaddaşımda qalıb.
-Nə qədər bal topladınız və niyə məhz BANM-ı seçdiniz?
- Qəbul imtahanında 695 bal toplamışam. Əslində mən ali təhsil almaq üçün universitet seçərkən o qədər də çox düşünmədim, necə deyərlər, seçici olmadım. Dəqiq elmlərə və texnologiya sahəsinə uşaqlıqdan marağım var idi. Elə axtararkən də həmin ixtisaslar arasında ən yüksək keçid balı olan BANM-i seçdim, amma hətta çox düşünsəydim də, seçimim haqqında çox fikirləşsəydim belə, yenə BANM-i seçərdim.
- Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?
- Əlbəttə ki, ailəmin, xüsusilə nənəm və anamın böyük rolu oldu. Mən bütün fikrimi hazırlaşmağa yönəltmişdim, demək olar ki, dərs oxumaqdan başqa heç bir işlə məşğul olmurdum.
- Ən böyük arzunuz nədir?

- Mənim uşaqlıqdan ən böyük arzum ssenarist olmaq idi. Bu arzu hələ də bu günədək mənim ürəyimdə, fikrimdə qalıb.
- İxtisasınız haqqında nə demək istərdiniz?
- Onu deyə bilərəm ki, bu ixtisas daha çox məntiq və yaradıcılıq tələb edir. Fikrimcə, artıq gələcəkdə bir çox peşə sahiblərinin robotlarla əvəz olunduğunu nəzərə alsaq, bizim sahəmiz insan əməyi tərəfindən edilən tək-tük işlərdən biri olacaq.
- Hobbiniz nədir?
- Musiqiyə qulaq asmağı xoşlayıram, sosial şəbəkələrə marağım böyükdür. “Facebook” və “Youtube”-da izlədiyim kanalların videolarına baxmağı sevirəm.
- Başqa hansı maraqlarınız var?
-Psixologiya, iqtisadiyyat və həvəskar səviyyədə fitness oyunu maraq dairəmə aiddir.
-Hansı janrda kitabları oxuyursunuz?
-Demək olar ki, dərsliklərdən başqa kitab oxumuram.
Nigar





 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info