20 Yanvarla bağlı “Keçmişi unutmayaq!” adlı sərgi keçiriləcək
Tarix: 16.01.2017 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən 2017-ci il yanvarın 18-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Keçmişi unutmayaq!” adlı sərgi-tədbir keçiriləcək.
1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan etmədən Bakı şəhərinə daxil olmuş və dinc əhaliyə divan tutmuşdur. Milli azadlıq, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış xalq kütləvi terrora məruz qalmış, yüzlərlə günahsız insan qətlə yetirilmiş və yaralanmışdır.
Azərbaycan İstiqlal Muzeyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci və Maarifçilik Akademiyası ilə birgə təşkil olunmuş sərgidə həmin təhsil ocaqların tələbələrinin və yaşlı nəsil rəssamların 20 Yanvar faciəsini əks etdirən 40-a yaxın əsərləri nümayiş olunacaq.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsinin, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı, professor Ağəli İbrahimovun, 20 Yanvar şəhidi Nüsrət Yaqubovun həyat yoldaşı Dilşad Yaqubovanın çıxışları və Azərbaycan Respublikası Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin nümayəndələri tərəfindən hazırlanmış kompozisiyanın nümayişi nəzərdə tutlub.
Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin, Maarifçilik Akademiyasının tələbələri, rəssamlar, Sərhəd Qoşunların, Hərbi Dəniz Qüvvələrin şəxsi heyəti, Milli Qvardiyanın əsgərləri və digər qonaqlar iştirak edəcəklər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info