Separatçı rejimin komandası beynəlxalq festivaldan kənarlaşdırılıb
Tarix: 16.01.2017 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Hazırda Soçi şəhərində Şən və Hazırcavablar Klubu (ŞHK) komandalarının 28-ci beynəlxalq festivalı özünün aktiv mərhələsinə daxil olub. Festivalın iştirakçıları öz proqramlarını Aleksandr Maslyakovun baxışı üçün hazırlamağa başlayıblar.

Bu barədə Sputnik-ə Azərbaycanın ŞHK-nın mətbuat xidmətindən bildirilib. Məlumdur ki, festivalın ilk günlərində "Duz-çörəklə" və "Dele Yaman" komandaları özlərini Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılan və özünü "respublika" elan edən qondarma Dağlıq Qarabağ rejiminin təmsilçisi kimi təqdim etməyə çalışıb.

Bununla əlaqədar olaraq, Azərbaycanın Gənclər və İdman Nazirliyi ŞHK İttifaqına etirazını bildirib. Azərbaycan nümayəndə heyəti isə festival zamanı onun rəhbərliyi ilə görüşüb. Nəticədə, ŞHK Beynəlxalq İttifaqının prezidenti Aleksandr Maslyakov bəyan edib ki, ŞHK ən böyük qeyri-formal gənclər hərəkatı, bütün dünyada milyonlarla gəncin oynadığı oyundur.

"Bakı yığması" komandasının və Gənclər və İdman Nazirliyinin müdaxiləsindən sonra bu insident vaxtında həllini tapıb. "Biz həmçinin bu məsələdə vətəndaş mövqeyi və fəallıq nümayiş etdirən hər kəsə təşəkkür edirik. Bu günlər bizim komanda üçün çox ağır idi. Bu məsələyə Azərbaycanın dövlət qurumlarının dəstək verməsi və Beynəlxalq ŞHK İttifaqının rəhbərliyinin məsələni anlayışla qarşılaması bizim uşaqların üzərinə böyük mənəvi məsuliyyət qoydu" — deyə Azərbaycan ŞHK-nın mətbuat xidməti bildirib.

Hazırda "Bakı yığması" festivalın televiziyada nümayiş etdiriləcək variantı üzərində işləyir. Bazar ertəsi "KVN-razminka" layihəsinin yeni televiziya çəkilişləri olacaq. Orada 27 kollektiv, o cümlədən də Azərbaycan komandası iştirak edəcək.

"Azərbaycan komandasının Rusiya telekanalının efirinə çıxması bizim ölkənin informasiya təbliğatı üçün böyük imkandır. Bu, eyni zamanda bizim həmvətənlərimizin ölkənin sərhədlərindən kənarda müsbət imicinin formalaşdırılmasına, müasir Azərbaycan gəncliyinin düzgün mövqe tutduğunun nümayişinə xidmət edir. Bir neçə il ərzində şən və hazırcavablar klubu Azərbaycanın Gənclər və İdman Nazirliyinin rəhbərliyi altında milli ŞHK-nın canlanmasını və inkişafını həyata keçirir. Bu hərəkatın inkişafı və Beynəlxalq ŞHK İttifaqı ilə səmərəli əməkdaşlığı bu festival ətrafında təxribat yaratmağın və bu əməkdaşlığa mane olmağın başlıca səbəbləridir" — Azərbaycan ŞHK-nın mətbuat xidməti vurğulayıb.
Klubda ümid edirlər ki, bu həyəcan yaradıcılıq prosesinə təsir etməyib: "Bu festival ölkəmizin aktivinə yazıldı və Gənclər və İdman Nazirliyi növbəti dəfə separatçıların beynəlxalq meydançadan öz təxribatları üçün istifadə etmələrinin qarşısını almağa nail oldu. Birlikdə bizim uşaqların yaxşı xəbərlərini gözləyirik".





 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info