Saib Təbrizi yaradıcılığına həsr olunmuş beynəlxalq konfrans
Tarix: 16.01.2017 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


İran İslam Respublikası Təbriz Universitetinin təşkilatçılığı ilə XVII əsrdə yaşamış görkəmli Azərbaycan şairi Saib Təbrizinin yaradıcılığına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib. İran İslam Respublikası ilə yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan alimlərinin də iştirak etdiyi beynəlxalq tədbirdə ölkəmiz Azərbaycan Milli Elmlər Akademiyasının vise-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Tədbiri Təbriz Universitetin Mərkəzi Asiya və Qafqaz şöbəsinin müdiri Əhməd Fərşbafiyan giriş sözü ilə açaraq konfrans iştirakçılarını salamlayıb. Təbriz Universitetinin rektoru professor Məhəmmədrza Purməhəmmədi keçirilən elmi tədbirin və qarşılıqlı əlaqələrin əhəmiyyətindən danışıb. Akademik İsa Həbibbəylinin “Klassik şeirdə yeniləşmə meyilləri və Saib Təbrizi” mövzusunda məruzəsi maraqla dinlənilib.
Təbriz Universitetinin Ədəbiyyat fakültəsinin dekanı, professor Məhəmməd Mehdipurun “Saib və onun əxlaqi görüşlərinə baxış”, Türkiyə İstanbul Universitetinin professoru Məhəmməd Atalayın “Türkiyədə alimlərin Saib Təbriziyə münasibəti”, akademik Teymur Kərimlinin “Saib Təbrizi yaradıcılığında poetik ənənə və müasirləşmə”, gürcü alimi, professor Helen Ginaşvilinin “Gürcüstan şərqşünaslığında Azərbaycan və Saib Təbrizi”, filiologiya elmləri doktoru Paşa Kərimovun “Hind üslubunun böyük ustadı Saib Təbrizi”, Təbriz Universitetindən İbrahim İqbalinin “Saib şeirinə hind mədəniyyətinin təsiri”, Məhəmməd Xakpurun “Saib şeirlərində mövzu birliyi və motivləri” mövzularında məruzələri dinlənilib və konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Bundan başqa, Saib Təbrizinin Azərbaycan dilində qələmə aldığı qəzəllərlə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdən sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Təbriz Universitetinin rektoru Məhəmmədrza Purməhəmmədi ilə görüşüb, təcrübə mübadiləsi barədə müzakirə aparılıb. Bir sıra Azərbaycan şairlərinin, o cümlədən Məhəmmədhüseyn Şəhriyarın dəfn olunduğu Şairlər məqbərəsi ziyarət edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Universiadada ən yüksək nəticə göstərən idmançılar mükafatlandırılıb
20.07.2019
Artıq sarı zolaqlar qüvvədə - Bu yollarda diqqətli olun!
20.07.2019
Gürcüstan hökuməti Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırlaşır
19.07.2019
Şəki və Oğuzda tikmə sənətinə maraq göstərən xanımlara ustad dərsləri verilib
19.07.2019
Jurnalistlər üçün Apifioterapiya mərkəzində pulsuz müayinə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info