“Ötən il ən çox şikayət bank sektoru ilə bağlı olub”
Tarix: 16.01.2017 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Kamran Əliyev: “Ötən il Baş İdarə tərəfindən vətəndaşların 9360 müraciətinə baxılıb, 251 cinayət xarakterli material araşdırılıb”

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qeyd edib ki, 2016-cı il ərzində Baş İdarə tərəfindən vətəndaşların 9360 müraciətinə baxılıb, həmçinin 251 cinayət xarakterli material araşdırılıb.
Araşdırılmış materialların 159-u (63,3%) üzrə cinayət işləri başlanıb, digər müraciətlər üzrə isə müvafiq prokuror təsir aktları tətbiq edilməklə inzibati və intizam tədbirləri görülüb. K. Əliyev qeyd edib ki, 2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə müvafiq qurumlara 88 təqdimat verilib, habelə digər prokuror təsir aktlarından istifadə edilməklə 12 inzibati icraat açılıb, 11 şəxsə qanun pozuntularından çəkindirmək məqsədilə rəsmi xəbərdarlıq edilib. Tədbirdə çıxış edən Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov bildirib ki, 2016-cı il ölkəmiz üçün genişmiqyaslı islahatlar ili olub: “Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyətin Planının 86%-i və Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planının 82%-i dövlət orqanları tərəfindən icra olunub. Azərbaycan Respublikasının Beynəlxalq Şəffaflıq təşkilatının “Korrupsiya Qavrama İndeksi” və “Qlobal Korrupsiya Barometri” hesabatlarında mövqeyinin irəliləməsini, “2016-cı il Qlobal Korrupsiya Barometri”nə əsasən, sorğuda iştirak edən respondetlərin 79%-nin korrupsiyanın ölkəmizin üzləşdiyi əsas problemlərdən hesab etmədiyini bildirib”.

Dövlət və özəl sektorda çalışan 313 vəzifəli şəxs barəsində 201 cinayət işi məhkəmələrə göndərilib

Kamran Əliyev bildirib ki, 2016-cı il ərzində keçirilmiş 6 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 6 şəxs cinayət başında tutulub. O qeyd edib ki, habelə Baş İdarənin əməliyyat qurumları tərəfindən aparılan araşdırmalar üzrə fakta görə 32 cinayət işi başlanıb. Baş İdarənin əməliyyat qurumları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 24 şəxs tutulub. Hesabat dövründə Baş İdarə tərəfindən 480 cinayət işinin ibtidai istintaqı aparılıb. Onlardan dövlət və özəl sektorda çalışan 313 vəzifəli şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Hazırda Baş İdarənin İstintaq idarəsinin icraatında 116 cinayət işi üzrə istintaq davam etdirilir. Həmin cinayət işlərindən 110 şəxs barəsində 62 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, 61 şəxs barəsində 56 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, 34 şəxs barəsində 24 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aşma, 52 şəxs barəsində 10 iş rüşvət alma, 17 şəxs barəsində 14 iş rüşvət vermə, 3 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 1 şəxs barəsində 1 iş səhlənkarlıq, 35 şəxs barəsində 31 iş isə digər faktlarla bağlı olub.
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 202 milyon 629 manat məbləğində ziyanın 33 milyon 249 manat və ya 16,6 %-nin ödənilməsi təmin edilib, qalan ziyanın ödənilməsi məqsədilə 78 milyon 283 manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Mənzil-tikinti sahəsi ilə bağlı şikayətlərin sayı azalıb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi ötən il mənzil-tikinti sahəsi ilə bağlı şikayətlərin sayının azaldığını da qeyd edib. O bildirib ki, 2016-cı ildə valyuta mübadilə qaydalarının pozulması ilə bağlı 12 iş icraata verilib.
Kamran Əliyev qeyd edib ki, 2016-cı ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə Dövlət Təhlükəsizliyi Xidmətindən 14, Ədliyyə Nazirliyindən 7, Daxili İşlər Nazirliyindən 15, Vergilər Nazirliyindən 48, Dövlət Sərhəd Xidmətindən 4, Baş prokurorluqdan 5, rayon prokurorluqlarından 64, yerli məhkəmələrdən 37, Maliyyə Nazirliyindən 15, Kənd Təsərrüfatı Nazirliyindən 6, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 4, Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən 9, İqtisadiyyat Nazirliyindən 15, müxtəlif banklardan 23, özəl sektordan 51, Dövlət İmtahan Mərkəzindən 5, bələdiyyərlə bağlı 23 müraciət daxil olub. Edilmiş müraciətlər əsasında cinayət işlərinin başlanması təmin edilib.
Kamran Əliyev “Beynəlxalq Bank”la bağlı istintaq işinə də münasibət bildirib. O bildirib ki, “Beynəlxalq Bank”ın 5 filialı, o cümlədən Qazax və Şəki filialları barədə cinayət işinin istintaqı davam etdirilir. Kamran Əliyev qeyd edib ki, ötən il ən çox şikayət bank sektoru ilə bağlı olub: "Banklarla bağlı 52 cinayət işi istintaq olunub, məhkəməyə göndərilib. Sığorta şirkətlərinin rəhbərləri ilə bağlı 5 cinayət işinin istintaqı aparılıb".
K. Əliyev qeyd edib ki, ötən il valyuta mübadilələsi qaydalarının pozulması ilə bağlı 2 cinayət işinin istintaqı yekunlaşıb.

Müraciətlərin sayında azalmanın müşahidə olunması “Asan Xidmət” mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi ilə bağlıdır
Kamran Əliyev bildirib ki, saxta diplomlarla bağlı məsələ aktualdır. Lakin bu məsələ ilə bağlı şikayətlərin tendensiyası azalmaq üzrədir. Onun sözlərinə görə, saxta diplomlar şərti olaraq 2 qrupa bölünür: “Birinci qrup diplomların açıq-aydın saxta olması gözlə görünür. İkinci qrup diplomlara isə baxmaqla onların saxta olmasını müəyyən etmək olmur. Vətəndaş işə düzələrkən diplomunu təqdim edir, nəticədə məlum olur ki, diplom saxtadır. Elə diplomlar var ki, 30 il bundan qabaq alınıb, onların saxta olmasını müəyyən etmək çox çətindir. Qeyd edim ki, saxta diplomlarla bağlı Təhsil Nazirliyinin bizə müraciəti əsasında iş aparılır”.
Azərbaycanda korrupsiya ilə bağlı qaynar xəttə daxil olan müraciətlərin də sayı açıqlanıb. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi mətbuat konfransında bildirib ki, ötən il Baş İdarənin “161 - Qaynar xətt” əlaqə mərkəzinə 5492 müraciət daxil olub. Həmin müraciətlərin 23-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə aidiyyəti təşkilatlara təqdimatlar göndərilib. Qeyd edilib ki, 2015-ci illə müqayisədə daxil olmuş müraciətlərin sayında 1700 vahiddən çox azalmanın müşahidə olunması “Asan Xidmət” mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi ilə bilavasitə bağlı olub. Mətbuat konfransında qeyd olunub ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bundan sonra da fəaliyyətini göstərilən yüksək etimada layiq səviyyədə qurulması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirərək cinayətkarlığa qarşı ciddi və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsini təmin edəcək.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir
19.11.2018
Sərhədçilər Vətənə sədaqət andı içiblər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info