Naxçıvanda sürücülüyə maraq göstərən qadınların sayı artır
Tarix: 17.01.2017 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində ötən il 67 qrup üzrə təhsil alan müdavimlərdən 1355 nəfəri kursu başa vuraraq sertifikat alıb.
Onlardan 150 nəfəri qadındır. Hazırda Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində 46 qadın müdavim təhsilini davam etdirir.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar Naxçıvanda rəqabət qabiliyyətli ixtisaslar üzrə peşə hazırlığının təşkili, peşə standartlarının tətbiqi və peşə seçiminə kömək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, peşə hazırlığı əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırılır. Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində də bu məqamlara xüsusi diqqət yetirilir. Hazırda müdavimlər 2 qadın, 8 kişi qruplarında “BC”, “B”, “E”, “D” kateqoriyaları üzrə təhsil alırlar. Müdavimlərin sürücülük peşəsinə dərindən yiyələnmələri üçün burada hərtərəfli şərait yaradılıb. Belə ki, məktəbdə 4 elektron lövhəli sinif internetlə təmin olunub, 2 avtotrenajor otağı və müasir tələblərə cavab verən yürüş təlim meydançaları müdavimlərin ixtiyarına verilib. Yürüş təlimi dərsləri keçmək üçün minik və yük nəqliyyat vasitələrindən istifadə edilir. Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbinin müəllimlərindən Həsən Əliyev qeyd edir ki, son illər sürücülük peşəsinə yiyələnmək arzusunda olanların sayı xeyli artıb. Bunlar arasında qadınlar da az deyil. Qeyd edək ki, 2014-cü il sentyabrın 15-də - Bilik Günündə Şərur Texniki-Peşə və Sürücülük Məktəbi, ötən il mayın 5-də - ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsində isə Ordubad Texniki Peşə və Sürücülük Məktəb kompleksləri istifadəyə verilib. Naxçıvan Şəhər Peşə Liseyində isə müdavimlər 40 müxtəlif ixtisas üzrə kurs keçirlər. Tədris planına uyğun olaraq burada 1, 2 və 3 aylıq ixtisas kursları fəaliyyət göstərir. Bu tədris ilində liseydə qazanxana-maşinisti, dayə, bərbər-manikürçü, traktorçu-maşinist, bərbər, elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik mantyoru kursları fəaliyyət göstərib və həmin kursları bitirənlərin 90 faizi işlə təmin olunub. Hazırda isə müdavimlər 3 aylıq bərbər və elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik mantyoru kursları keçirlər.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info