Tramp: “NATO köhnəlmiş təşkilatdır”
Tarix: 17.01.2017 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


“Rusiya və ABŞ arasında nüvə silahlarının azaldılması üzrə yeni müqavilənin imzalanması müqabilində Rusiyaya qarşı tətbiq olunan sanksiyalar aradan qaldırıla bilər”

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp NATO-nu köhnəlmiş təşkilat adlandırıb. D.Tramp bu barədə Almaniyanın “Bild” və Böyük Britaniyanın “Times” qəzetlərinə verdiyi müsahibədə deyib. O, alyansın vacib, amma köhnəlmiş təşkilat olduğunu qeyd edib: “Dəfələrlə demişəm, NATO-da problemlər mövcuddur. NATO köhnəlmiş təşkilatdır. Ona görə də terrorizmə qarış mübarizə apara bilmir. Eyni zamanda alyansa üzv olan ölkələrin əksəriyyəti hərbi xərclərini artırmayaraq bütün yükü Amerikanın üzərinə qoyur. Britaniya ödəyir. Daha 5 ölkə var ki, ödəməli olduqları məbləği ödəyirlər.

“ABŞ-ın Suriyada hansısa addım atmaq imkanı var idi, lakin artıq çox gecdir”

NATO-nun 28 üzvünün olduğunu nəzərə alsaq, onda cəmi 5 üzvün ödəmə etməsi çox azdır”. Qeyd edək ki, Tramp seçki kampaniyası zamanı bildirmişdi ki, NATO üzvləri hərbi xərclərini ÜDM-in 2 faizi həcminə qaldırmasalar, onda Birləşmiş Ştatlar alyans qarşısındakı öhdəliklərinə yenidən baxacaq. Bu isə Avropada ciddi təşviş yaradıb. Avropa İttifaqına üzv ölkələr Trampın səlahiyyətlərinin icrasına başladıqdan sonrakı addımlarını səbirsizliklə gözləyirlər. Avropanın öz ordusunun yaradılması ilə bağlı sənədin hazırlanmasına start verilməsi də Trampın gözlənilməz addımlarından sığortalanmağı nəzərdə tutur. ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkelin miqrasiya siyasətini tənqid edib: “Mən onunla şəxsən tanış deyiləm. Düşünürəm ki, Merkel böyük siyasətçidir. Buna baxmayaraq, hesab edirəm ki, Merkel miqrantları ölkəyə buraxmaqla fəlakətli səhvə yol verib”. Qeyd edək ki, 2015-ci ildə Almaniyaya 890 min miqrant gəlib. 2016-cı ildə 280 min miqrant Almaniyada sığınacaq almaq üçün ölkənin Federal Qaçqın və Köçkünlər Dairəsinə (BAMF) müraciət edib. Merkelin miqrasiya siyasəti təkcə onun opponentləri tərəfindən deyil, tərəfdarları tərəfindən də tənqid edilir. Məhz miqrasiya siyasəti siyasi müttəfiqlər olan Merkelin başçılıq etdiyi Xristian-Demokratik İttifaqı ilə Xristian-Sosialist İttifaqı arasında gərginlik yaradıb.

Almaniya XİN rəhbəri:
“Trampın dedikləri NATO-nu narahat edir”


O, həmçinin Rusiya və ABŞ arasında nüvə silahlarının azaldılması üzrə yeni müqavilənin imzalanmasının tərəfdarı olduğunu, bunun müqabilində Rusiyaya qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasının mümkünlüyünü vurğulayıb: “İnsanlar çalışıb razılaşmalı və nə lazımdırsa, onu etməlidirlər. Rusiyaya tətbiq edilən sanksiyalar var. Gəlin baxaq görək Rusiya ilə yaxşı razılaşma alına bilərmi? Məsələn, hesab edirəm ki, mövcud olan nüvə silahlarının sayı azaldılmalıdır. Bu, bir hissədir. Rusiya tətbiq edilən sanksiyalardan əziyyət çəkir. Fikrimcə, bu vəziyyətdə çoxlarının uduşlu olduğu yol tapıla bilər. Rusiya prezidenti Putinlə nüvə silahının azaldılması ilə bağlı razılıq müqabilində sanksiyalar ləğv oluna bilər”. Qeyd edək ki, Obama səlahiyyət müddətinin sonunda Rusiyaya Krımla bağlı 2014-cü ildən tətbiq edilən sanksiyaların müddətini daha bir il müddətinə artırıb. Ötən ilin dekabrında Vaşinqton Rusiya kəşfiyyatının bir çox nümayəndəsi və fərdi şəxslərə sanksiya tətbiq edib, 35 rusiyalı diplomatı kəşfiyyata işləməkdə ittiham edərək ölkədən çıxarıb. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tpamp Rusiyanın Suriya münaqişəsinə müdaxilə etməsini mənfi qiymətləndirib. Tramp bildirib ki, Rusiyanın Suriyaya müdaxiləsi dəhşətli humanitar vəziyyətin yaranmasına səbəb olub: “Bu, çox pisdir. Dəhşətdir. Hələbdə dəhşətli humanitar durum yaranıb”. Tramp əlavə edib ki, ABŞ-ın Suriyada hansısa addım atmaq imkanı var idi, lakin artıq çox gecdir. Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer NATO baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra bəyan edib ki, Trampın NATO-nu köhnəlmiş qurum adlandırması alyansı narahat edir. O bildirib ki, Trampın fikirləri Brüsseldə narahatlıq və təəccüb doğurub. Nazirin fikrincə, ABŞ-ın yeni seçilmiş prezidentinin dedikləri başqa yerlərdə də eyni reaksiyaya səbəb olub. NATO-nun özündə isə Trampın bu fikirlərini şərh etməyiblər.
Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info