Berlin və Parisdən Vaşinqtona xəbərdarlıq
Tarix: 17.01.2017 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Almaniya və Fransanın XİN rəhbərləri Təl-Əvivdəki ABŞ səfirliyinin Yerusəlimə köçürüləcəyi halda, bunun ciddi nəticələri barədə xəbərdarlıq ediblər. Frank-Valter Ştaynmayer və Jan-Mark Eyro Yaxın Şərq münaqişəsinin tənzimlənməsinə dair Paris konfransında bu barədə bəyanatlarla çıxış ediblər.
Donald Trampın müşaviri Kellian Konueyin sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti ABŞ səfirliyinin Təl-Əvivdən Yerusəlimə köçürülməsini planlaşdırır. Seçkiqabağı kampaniya dövründə Tramp özü bu barədə danışmışdı. Ştaynmayer regionda münaqişənin “yeni eskalasiyası riski” barədə xəbərdarlıq edərək deyib: “Səfirliyin köçürülməsi barədə fikirlər ona gətirib çıxara bilər ki, Fələstin tərəfi müvafiq tədbirlər görüləcəyi və cavab reaksiyası barədə hədə-qorxu gəlir”. Fransa XİN rəhbəri də bu qərarın ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib. Jan-Mark Eyro deyib: “Bu məsələdə ABŞ prezidenti kimi inadkar və birtərəfli mövqe tutmaq olmaz. Sülhün bərqərar olması üçün şərait yaratmağa səy göstərilməlidir”. Fələstin-İsrail münaqişəsinin tənzimlənməsinə dair Parisdə keçirilən konfransda İsrailin və Fələstin tərəfinin nümayəndələri iştirak etmir. İsrailin baş naziri Binyamin Netanyahu bu konfransı “faydasız” adlandıraraq bildirib ki, Donald Tramp prezident vəzifəsində işə başlayandan sonra İsraili pozitiv dəyişikliklər gözləyəcək. Netanyahu deyib: “Sabah hər şey başqa cür olacaq və sabahkı gün artıq yaxındır”.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Afinada Rusiya səfirliyinin qarşısındakı polislərə qumbara atılıb
22.03.2019
Çində kimyəvi zavodda partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb
22.03.2019
Almaniyanın sabiq rəhbərlərinin pensiyaları azaldıla bilər
20.03.2019
İsveçrə portalında Novruz bayramı haqqında yazı yerləşdirilib
20.03.2019
Terror təşkilatı PKK tərəfdarlarının Kölndə işğal təşəbbüsü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info