Avstriyadan sığınacaq istəyən qaçqınların sayı iki dəfə azalıb
Tarix: 17.01.2017 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Ötən il Avstriyadan sığınacaq istəyən qaçqınların sayı iki dəfə azalaraq 42 073 nəfər təşkil edib. Avropaya qaçqın axınının ən güclü olduğu 2015-ci ildə bu ölkədə sığınacaq üçün müraciət edən şəxslərin sayı təxminən 90 min nəfər olmuşdu.
Sığınacaq üçün müraciət edənlərin sayının kəskin azalmasında qaçqınların əsas hərəkət yolu olan Balkan marşrutunun bağlanması və Türkiyə ilə uğurlu əməkdaşlıqla yanaşı, Avstriya Hökumətinin tətbiq etdiyi məhdudiyyətlər də böyük rol oynayıb. Hökumətin qərarına əsasən, il ərzində sığınacaq üçün müraciət edənlərin yuxarı həddi kimi 37 500 nəfər müəyyən edilib. Ötən il sığınacaq üçün ərizə verən şəxslərin 36 030 nəfərinin ərizələri baxılmaq üçün qeydiyyata alınıb. Ən yuxarı hədd keçildikdə sərhəddə saxlanılan qaçqınların ölkə hüdudları daxilinə buraxılmamasına dair hökumətin qərarı hələ də qeyri-hökumət və beynəlxalq təşkilatların tənqid hədəfindədir. Avstriyada sığınacaq üçün müraciət edən şəxslərin əsas hissəsi Əfqanıstan, Suriya, İraq, Pakistan və İran vətəndaşlarıdır.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info