Dövlət qurumlarının 22 mln. manatlıq vergi borcu silinib
Tarix: 17.01.2017 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə cari ilin yanvarın 1-nə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısını açıqlayıb.
 
Siyahıda bir sıra dövlət qurumlarının adlarına rast gəlmək olar. Açıqlanan məlumatlara əsasən, Nəqliyyat Nazirliyinin 1 mln. 998 min 41,8 manat, Gənclər və İdman Nazirliyinin 4 mln. 175 min 386,4 manat, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 158 min 688,8 manat, Əmlak Məsələləri Dövlət Komitəsinin 14 mln. 145 min 408,7 manat, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 218 min 746 manat məbləğində borcu silinib. Topamda adıçəkilən qurumların 21 mln. 696 min 271,7 manat məbləğində borcunun silinməsi təmin olunub.
 
Bununla yanaşı, "Azərsu" ASC-nin 13 mln. 692 min 457,9 manat, "Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-nin 6 mln. 426 min 555 manat, "Azərkosmos" QSC-nin 864 min 727 manat, Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal Və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 542 min 246,9 manat, "İmişli Regional Elektrik Şəbəkəsi" MMC-nin 2 mln. 726 min 348,3 manat, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Milli Aviasiya Akademiyasının 14 min 475,1 manat məbləğində borcu silinib.
 
Müdafiə Sənayesi Nazirliyi "Mərkəzi Təminat və Marketinq İdarəsi" MMC-nin 102 min 250,6 manat, "Sosial Xidmətlər İdarəsi" MMC-nin 232 min 231,3 manat, "Azon Zavodu" MMC-nin 1 mln. 365 min 784,5 manat, Müdafiə Sənayesi Nazirliyi "Təhlükəsizlik və Mühafizə İdarəsi" MMC-nin 776 min 704,7 manat, "Cihaz İstehsalat Birliyi" MMC-nin "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin 23 min 37,1 manat, "Elektron Hesablayıcı Maşınları Zavodu" MMC-nin 2 mln. 951 min 746,4 manat, "Bakı Cihazqayırma Zavodu" MMC-nin 950 min 51,8 manat, "Radioquraşdırma Zavodu" MMC-nin 1 mln. 123 min 952,6 manat məbləğində borcunun silinməsi də təmin olunub.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib
13.11.2018
Oktyabrda bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma qeydə alınıb
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info