“Davosa doğru-Bakı“ Forumu keçirilib
Tarix: 17.01.2017 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


ADA Universitetində Gənclər və İdman Nazirliyi, Azərbaycan Prezidenti yanında Gənclər Fondu və "Youth İnc" gənclərin sahibkarlıq Proqramının dəstəyi ilə "Davosa doğru-Bakı" Forumu keçirilib.
 
Gənclər Təşkilatları Milli Şurası və "Global Shapers Community Baku" tərəfindən təşkil olunan Forum gənc sahibkarların biznes təşəbbüslərinin sərgisi ilə başlayıb.
 
Sərgidə gənc sahibkarların və "Youth İnc" proqramının nümayəndələrinin startaplarından ibarət stendlər nümayiş olunub.
 
Tədbiri açan ADA universitetinin icraçı prorektoru Fariz İsmayılzadə forumda müxtəlif sahələrdə gənclər üçün iş imkanları barədə müzakirələrin aparılacağını söyləyib.
 
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun məsləhətçisi Səbuhi Rzayev isə bu forumun 2013-cü ildən yaradıldığını və Azərbaycan gənclərinin “Global Shaper” adlı şəbəkəyə çıxışını təmin etdiyini deyib.
 
Azərbaycan Prezidenti yanında Gənclər Fondu, "Global shapers community Baku"nun icraçı kuratoru Fərhad Hacıyev gələcəkdə bu forumda daha çox iş adamının iştirakının nəzərdə tutulduğunu vurğulayıb: "Davos şaperlər proqramı gənclər üçün maraqlı imkandır. Onlar biznes imkanlarından yararlana bilərlər, öz biznesini qura və şəbəkədən yararlana bilərlər".
 
F. Hacıyev gələn il "Global shapers" beynəlxalq tədbirlərin birinin Azərbaycanda keçiriləcəyini istisna etməyib.
 
Sonra gənc sahibkarların startaplarının videoçarxları nümayiş etdirilib.
 
İlk panel "Gənclərin sahibkarlığa cəlb olunması vasitəsi ilə yeni iş yerlərinin yaradılması" mövzusunda olub. Paneldə sualları cavablandıran dövlət qurumlarının, milli və transmilli şirkətlərin, beynəlxalq təşkilatların nümayəndələri gənclərin işsizliyi ilə mübarizəsi üçün peşə təhsilindən bir vasitə kimi istifadə edilməsinin mövcud təcrübəsi, peşə təhsilli gənclərin marağını cəlb edən problemlər və digər mövzularda müzakirələr baş tutub.
 
İkinci panel "Gənclərin sahibkarlığa cəlb olunması vasitəsi ilə yeni iş yerlərinin yaradılması" mövzusuna həsr edilib. Paneldə çıxış edənlər gənc sahibkarların üzləşdiyi problemlər, onların ölkə iqtisadiyyatında və gənclərin məşğulluğunun təmin olunmasında rolu, özəl sektor və dövlət müəssisələrinin gənclərin sahibkarlıq fəaliyyətinə dəstəyi barədə müzakirə aparıblar.
 
Qeyd edək ki, Forumun nəticələri yanvarın 19-da Dünya İqtisadi Forumuna canlı bağlantı vasitəsi ilə Dünya İqtisadi Forumunda səsləndiriləcək və mövzu üzrə onlayn beynəlxalq panel sessiyası təşkil olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Ehtiyat zabit hazırlığı kursu üçün qəbul elan edilib
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info