“The Korea Times” qəzetində 20 Yanvar faciəsinə dair məqalə dərc olunub
Tarix: 17.01.2017 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Nüfuzlu “The Korea Times” qəzetində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Azərbaycanın Seuldakı səfiri Rəmzi Teymurov ilə müsahibə əsasında hazırlanan məqalə dərc olunub.
“Bakı faciəvi tarixini Seul ilə bölüşür” adlı məqalədə iki ölkənin tarixi oxşarlığı ilə bağlı sualı cavablandıran səfir R.Teymurov hər iki ölkənin çoxsaylı işğallara və hücumlara məruz qalmalarına baxmayaraq, bu gün yerləşdikləri regionun lider ölkələrinə çevrildiklərini diqqətə çatdırıb. Səfir əksər koreyalıların Azərbaycanı yalnız neft və qaz ölkəsi kimi tanıdığını, lakin çox az sayda koreyalının Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklər və daha sonra əldə etdiyi nailiyyətləri barədə məlumatlı olduğunu bildirib. O, 20 Yanvar faciəsi ilə bağlı keçirilən tədbirlərin və mətbuatda dərc olunan məqalələrin Azərbaycan haqqında daha ətraflı məlumatın Koreya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını deyib. Diplomat, həmçinin bu kimi faciənin bir daha nə Azərbaycan, nə də hər hansı başqa bir ölkədə yaşanmayacağına ümidvar olduğunu bildirib.
Məqalədə 20 Yanvar hadisələrinin qısa tarixçəsinə yer verilib, həmin qanlı gecədə 133 nəfər mülki şəxsin öldürüldüyü, 700 nəfərin yaralandığı qeyd edilib. Bu hadisənin Azərbaycan xalqının azadlıq arzusunu boğa bilmədiyi və nəticədə 1991-ci ildə ölkənin müstəqilliyini bərpa etdiyi vurğulanıb. Faciənin ildönümünün hər il Azərbaycanda ölkə səviyyəsində qeyd olunduğu, dövlət başçısının, hökumət və parlament üzvlərinin, habelə sadə insanların Şəhidlər Xiyabanını ziyarət etdiyi, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhid olan oğul və qızlarının yad edildiyi qeyd olunub.
“The Korea Times” qəzetinin məqaləsində, həmçinin bu il Xocalı soyqırımının 25-ci ildönümü olduğu vurğulanıb. Həmin soyqırımı faktı barədə məlumat verən qəzet yazır ki, Dağlıq Qarabağın Xocalı şəhərində Ermənistan hərbi qüvvələrinin keçmiş Sovet İttifaqının 366-cı motoatıcı alayının köməyi ilə törətdikləri qanlı hadisələr nəticəsində 613 etnik azərbaycanlının öldürüldüyü, 1275 nəfərin girov götürüldüyü, 150 nəfərin itkin düşdüyü, 76-sı yeniyetmə olmaqla 487 nəfərin əlil edildiyi bildirilib.
Səfir R.Teymurov koreyalıların soyqırımla bağlı məlumatlandırılması istiqamətində səfirlik tərəfindən aparılan işin davam etdiriləcəyini bildirib.
Məqalədə 2017-ci ilin Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf etdiyi və bu çərçivədə səfirlik tərəfindən bir sıra siyasi və mədəni tədbirlərin keçirilməsinin planlaşdırıldığı qeyd olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Hindistanda donuz qripi sürətlə yayılır
22.02.2019
ABŞ-da yeni qırıcı təyyarə təqdim edilib
22.02.2019
Nigeriyada silahlı toqquşmalar zamanı 66 nəfər həlak olub
21.02.2019
Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır
21.02.2019
Nazarbayev hökuməti istefaya göndərib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info