Sivil müxalifət radikalları siyasi səhnədən kənara atmalıdır
Tarix: 08.04.2013 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Ənənəvi müxalifətin ciddi uğursuzluqları müxalif düşərgədə ciddi parçalanmalara və ruh düşkünlüyünə səbəb olub. Küçə və cib müxalifətinin hadisələrə köhnə təfəkkür tərzi ilə yanaşması müxalif elektoratın tamamilə itirilməsinə, düşərgənin 20 ildir ki, seçkilərdə ardıcıl biabırçı məğlubiyyətlərinə səbəb olur. Bu isə müxalif düşərgənin siyasi proseslərdə normal qaydada iştirak etməsinə və cəmiyyətə mesajlar verməsinə, cəmiyyətdə normal müxalifət kimi qəbul edilməsinə əngəllər yaradır.
Siyasi arenadakı ekspertlər və siyasilər isə müxalifətin düzgün və normal müxalifətçilik funksiyasını yerinə yetirməsi üçün ciddi dəyişikliklərə ehtiyac olduğunu bildirirlər. Qeyd edilir ki, bunun üçün ilk növbədə yeni və ya özünü yeniləyən müxalifət qüvvələri ənənəvi müxalifəti tamamilə səhnədən çıxarmalı və təşəbbüsləri öz əlinə almalıdır. Bu barədə bizə fikirlərini bildirən Yurddaş Partiyasının sədri Mais Səfərli qeyd etdi ki, partiyalar əslində cəmiyyəti və siyasi arenanı təşkil edən əsas elementlərdən biridir: “Partiyaların heç də hamısı eyni zamanda hakimiyyətə gəlmir. Müxalifətdə olan partiyaların fəaliyyəti də demokratiyanın əsas əlamətlərindən biridir. Odur ki, hakimiyyətə iddialı olan, hakimiyyətə gəlmək üçün Konstitusiya çərçivəsində normal mübarizə aparan siyasi qüvvələr fəaliyyət göstərməlidir. Bu qüvvələr qanun çərçivəsində fəaliyyət göstərməlidir, dövlət də onların fəaliyyətini dəstəkləməlidir. Bu baxımdan da Azərbaycan bir dövlət olaraq müxalifət partiyalarının, bütövlükdə partiya sisteminin inkişaf etməsi və daha da irəli getməsi üçün hər şeyi edir. Qanun yaradıcılığından, qanunvericilikdə iştirakdan tutmuş, hər bir məsələdə onlara şərait yaradılır. Bu gün ənənəvi müxalifət qüvvələri çalışır ki, bu proseslərə kölgə salsınlar və onları başqa cür qələmə versinlər. Amma əslində Azərbaycanda istənilən partiya üçün normal bir şərait yaradılıb. Müxalifəti bu duruma salan ilk növbədə müxalifətin özüdür. Siyasi nəzəriyyələrdə də belə bir məsələ var ki, ölkədə müxalifətin belə zəif olması, doğrudan da, diqqət çəkir. Bu, ilk növbədə ənənəvi müxalfətin zamanla ayaqlaşmaq gücündə olmadığını göstərir, digər tərəfdən də iqtidarın güclü olmasından xəbər verir. O dövlətlərdə ki, iqtidar güclüdür, xalqın problemlərini həll edir, cəmiyyəti inkişafa doğru aparır, orada, təbii ki iqtidara daha çox önəm verilir. Həmin siyasi qüvvə iqtidar tərəfindən daha çox dəstəklənir.
Amma ənənəvi müxalifətin bu duruma düşməsinin əsas səbəblərindən biri odur ki, bu müxalif partiya sədrləri sanki partiyaları özlərinin feodal mülkiyyətinə çeviriblər. Onlar özləri “demokratik" tələblərlə çıxış edirlər, amma özlərinin partiyalarında demokratiyadan əsər-əlamət yoxdur. Bir baxın, seçkiləri uduza-uduza gələn partiyaların rəhbərləri necə partiya başçısı olaraq qala bilərlər? Demokratik prinsiplərə əsasən, onlar çoxdan yerlərini boşaldıb getməli idilər. Amma hələ də müxalifətçilik edirlər. Çünki bundan pul qazanmaq üçün vasitə kimi istifadə edirlər. Bəli, seçkidə qalib gəlmək üçün yox, pul qazanmaq üçün vasitə kimi. Həmin partiyalarda sıravi üzvlərin səsləri eşidilmir. Çünki bu partiyalar sədrlərin mülkiyyətinə çevrilib. Üzvlərin səsi heç bir önəm kəsb etmir. 20 ildən çoxdur, bütün seçkiləri uduza-uduza gəliblər, yenə də “başqan” olaraq qalıblar”.
M.Səfərli düşünür ki, bu cür məsələlər ənənəvi müxalifətin əsas cizgilərini xarakterizə edir: “Partiyaları bu günə salan məhz həmin müxalifət partiyalarında demokratiyanın olmaması və antidemokratik “liderlərdir”. Bu baxımdan müxalifətdə yeni qüvvələrin bu ənənəvi müxalifəti tamamilə kənarlaşdırması vəziyyətdən çıxış yolu ola bilər. Düşərgə uğursuzluqdan çıxmaq üçün bu proses sürətlənməlidir. Amma təbii ki, yeni müxalifəti kimsə yaratmamalıdır, o özü tamamilə güclənib bütün təşəbbüsləri ələ almalı, uğurlu fəaliyyət göstərməlidir”.
Partiya sədri dedi ki, istənilən cəmiyyətdə müxalif düşüncəli insanlar və elektorat olur və bu da çox normaldır. Sadəcə, həmin qüvvələrin müstəqil formalaşması və düşərgədə konsolidasiyasına ənənəvi müxalifət maneçilik yaratmamalıdır. Artıq proseslər göstərir ki, düşərgədə belə bir konsolidasiya ənənəvi müxalifətin nəzarətindən çıxıb və əksinə, ənənəvi müxalifət bu prosesləri artıq qısqanmağa başlayıb.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info