Ərəstu Həbibbəyli: “Azərbaycanın xarici siyasətində hər hansı istiqamətdə inteqrasiya nəzərdə tutulmayıb”
Tarix: 17.01.2017 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


“Azərbaycanın xarici siyasətində hər hansı istiqamətdə inteqrasiya nəzərdə tutulmayıb”. Bunu Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstu Həbibbəyli “Azərbaycan” qəzetində dərc edilən “2017-ci ildə Azərbaycanın xarici siyasətinin yeni üfüqləri” başlıqlı məqaləsində bildirib.
 
Ə. Həbibbəyli qeyd edib ki, hazırda dünyada bütün sahələrdə ən yüksək inteqrasiya səviyyəsinin Avropa İttifaqı (Aİ) çərçivəsində olduğu şübhəsizdir: “Bu ittifaq Avropa ölkələrinin öz müstəqilliklərini saxlamaqla, ortaq dəyər daşıyıcısı birliyidir. Formalaşmasına hələ keçən əsrin ortalarından başlanan Aİ sosialist düşərgəsinin dağılmasından sonra Şərqə doğru genişlənib. Eyni zamanda “Qoca qitə”nin şərqindəki bir çox qonşuları da bu məkana can atıb. Bu mənada Türkiyənin Aİ ilə münasibətləri xüsusi fərqləndirilməlidir. Türkiyə uzun illərdir ki, bu təşkilata üzv kimi buraxılmır. Halbuki iqtisadi parametrlərinə, qanunvericiliyin Qərb standartlarına uyğunluğuna və bir çox başqa göstəricilərinə görə Aİ-nin yeni üzvləri heç də Türkiyəni üstələmir. Bu ayrı-seçkilik Aİ-nin təkcə siyasi, iqtisadi, mədəni birlik olmadığına, eyni zamanda vahid dini dəyərlərin daşıyıcısı olmasına əsaslanır. Belə görünür ki, Avropa yalnız öz dəyər daşıyıcılarının bu məkana inteqrasiyasını arzulayır. Azərbaycanın müstəqilliyin ilk illərindən Avropa təsisatları, daha geniş mənada isə Avrotlantik institutlarla əməkdaşlığı, o cümlədən yaxınlaşması təbii bir proses idi. Yeni yaranmış bir dövlət çox şaxəli xarici siyasətə üstünlük verir və bütün istiqamətlərdə mövcud imkanlardan istifadə edir. Bu mənada Aİ ilə də münasibətlərdə böyük yol keçilib və bu əməkdaşlıq getdikcə dərinləşir. Lakin hazırda Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin əsas prinsipi bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıqdır. Azərbaycanın hazırkı xarici siyasətində hər hansı istiqamətdə inteqrasiya nəzərdə tutulmayıb. Azərbaycanın xarici siyasəti bir istiqamətdə deyil, bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığa yönəlib. 2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv olmaqla, öz müstəqil xarici siyasi kursunu bəyan edib”.
 
Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini qeyd edib ki, Azərbaycan heç bir hərbi-siyasi blokda iştirak etmir, müstəqil xarici siyasəti ilk növbədə onun bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmasına söykənir: “Beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Qərblə Şərq, eləcə də Şimalla Cənub arasında mühüm enerji və nəqliyyat dəhlizinə çevrilib. Bütün tərəflərlə bərabər hüquqlarla qarşılıqlı faydalı əməkdaşlıq edən respublikamız böyük layihələrin təşəbbüskarıdır. Prezident İlham Əliyev tərəfindən aparılan xarici siyasət 2017-ci ildə də ölkəmizin beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli əsasda yeni nailiyyətlərə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətin bərpa olunmasına nail olacaq”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info