Hollandiyada 20 Yanvar şəhidlərinə həsr olunan açıq dərs keçirilib
Tarix: 17.01.2017 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


"Ana Vətən" Niderland Azərbaycanlı Qadinlar Birliyinin tərkibində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu “Haaqa Azərbaycan məktəbi”ndə 20 Yanvar hadisələri ilə əlaqədar açıq dərs keçirilib. Açıq dərsdə birliyin üzvləri, valideynlər və AzNed xəbər saytının nümayəndəsi iştirak ediblər.
Birliyin Mətbuat Xidmətinin rəhbəri Nərgiz Cəfərovanın verdiyi məlumata görə, məktəbdə növbəti dərsin mövzusu məhz 1990-cı il “20 Yanvar” hadisələri olub. Acıq dərs həmişə olduğu kimi, şagirdlərin ifasında səslənən Azərbaycan Demokratik Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra məktəbin könüllü müəlliməsi Almaz Kərimli mövzu ətrafında uşaqlara geniş məlumat verib. “20 Yanvar” hadisələrini uşaqların anlayacağı tərzdə izah edib, həmin hadisələr zamanı şəhid olan azyaşlılar haqqında danışıb. Bu günün xalqımızın həyatında xüsusi rol oynadığını, xalqımızın mübarizə tarixinə qızıl hərflərlə yazıldığını bildirib. Birliyin İdarə Heyətinin üzvü Ofeliya Mehdiyeva da məktəbin şagirdlərinə həmin gün baş verən hadisələrin canlı şahidi kimi söz açıb, həmin gün qətlə yetirilənlərin silahsız dinc sakinlər oldugunu və onun həyat yoldaşının da həmin gecə düşmən gülləsinə tuş gəldiyini bildirib.
Birliyin sədri Mayisə Ağamirzəyevanın sözlərinə görə, Hollandiyada doğulub boya-başa çatan uşaqlara yaxın tariximizi anlatmaq çox önəmlidir: “Ona görə ki, bu uşaqlar təhsil aldıqları məktəbdə belə informasiyalar almırlar. Gələcəyimiz olan uşaqlara əyani vəsaitlərlə, şeirlərlə şanlı tariximizi öyrətmək, başa salmaq bizim borcumuzdur. Onlar ata-babalarının vətənlərində baş vermiş hadisələri düzgün qavramalıdırlar ki, gələcəkdə onlar da öz övladlarına çatdıra bilsinlər”.

Fuad





 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info