Çex şirkətləri Azərbaycanda fəaliyyət göstərməyə maraqlıdır
Tarix: 17.01.2017 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Çex şirkətləri Azərbaycanda qeyri-neft sektorunun müxtəlif sahələrində fəaliyyət göstərməkdə maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyilib.
Görüşdə Şahin Mustafayev Azərbaycan və Çexiyanın strateji tərəfdaşlar olduğunu, yüksək səviyyəli rəsmi səfərlərin əhəmiyyətini vurğulayıb, müvafiq müqavilə-hüquqi bazanın yaradıldığını, ölkələrimiz arasında yanvarın 18-də 4-cü iclası keçiriləcək hökumətlərarası komissiyanın fəaliyyət göstərdiyini qeyd edib. Bildirilib ki, Azərbaycanla Çexiya arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, enerji, investisiya qoyuluşu, kənd təsərrüfatı, maliyyə sahələrində, Tvinninq aləti çərçivəsində uğurlu əməkdaşlıq həyata keçirilir. Çexiya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir, müxtəlif layihələrdə podratçı qismində iştirak edirlər. Maliyyə sahəsində əməkdaşlıq çərçivəsində Çexiya bankları tərəfindən ayrılmış vəsait hesabına Azərbaycanda infrastruktur və nəqliyyat sahəsində həyata keçirilən 7 layihədən 5-nin icrası başa çatıb, 2 layihənin icrası isə davam edir.
Şahin Mustafayev Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi üçün fikirlərini bölüşərək qeyd edib ki, kənd təsərrüfatı, sənaye, turizm və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. Vurğulanıb ki, çex şirkətləri Azərbaycanda yaradılan sənaye parklarına və aqroparklara investisiya yatıra, Azərbaycanın tranzit imkanlarından yararlana bilər. Əczaçılıq, turizm, kənd təsərrüfatı sahələrində də əməkdaşlıq üçün imkanlar genişdir. Nazir Şahin Mustafayev Çexiya nümayəndə heyətinin Azərbaycana növbəti səfərinin də əlaqələrinin inkişafına müsbət töhfə verəcəyinə əminliyini ifadə edib.
Çexiya Respublikasının sənaye və ticarət naziri Yan Mladek Azərbaycana səfərindən və ölkəmizlə əlaqələrin inkişafdan məmnunluğunu ifadə edib. Çexiyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu deyən Yan Mladek iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanları, çex şirkətlərinin Azərbaycanda qeyri-neft sektorunun müxtəlif sahələrində fəaliyyət göstərməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20.02.2019
“Yaşıl dəhliz“ sistemindən uğurlu nəticələr əldə edilir
20.02.2019
Rayonlarda ətirli tütün əkiləcək
20.02.2019
Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olaraq qitənin enerji xəritəsini dəyişdirir
20.02.2019
Biznes mühiti nöqteyi-nəzərindən 10 ən islahatçı ölkədən biriyik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info