Xalid Al Naemi: “Azərbaycanla əməkdaşlığa maraqlıyıq”
Tarix: 17.01.2017 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Ərəb Gözdən Əlillər Federasiyasının sədri, Ərəb Ölkələri Liqası Katibliyinin səlahiyyətli naziri və Ərəb İnsan Hüquqları Cəmiyyətinin prezidenti Xalid Al Naemi ilə görüş olub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətinin gözdən əlil insanların da etibarlı sosial müdafiə və tibbi-sosial reabilitasiya sistemi ilə əhatə olunmasına şərait yaratdığını vurğulayıb. Nazir müavini bildirib ki, gözdən əlillər dövlət tərəfindən aylıq sosial müavinət və ya pensiya ilə təmin olunur. Əmək pensiyası hüququ olmayan ümumi səbəblərdən I qrup əlil şəxslərə (o cümlədən I qrup gözdən əlillərə) aylıq sosial müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ödənilir. Digər tərəfdən, əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği I qrup gözdən əlillər üçün yaşa görə əmək pensiyasının baza hissəsi məbləğinin 200 faizi həcmində hesablanır.
N.Məmmədov gözdən əlil şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirlərinin davamı kimi, 2015-ci ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində 12 mərtəbəli 132 mənzilli yaşayış evinin gözdən əlillərə təqdim olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Heydər Əliyev Fondu tərəfindən müvafiq layihə çərçivəsində ölkənin ayrı-ayrı bölgələrində gözdən əlillər və görmə qabiliyyəti zəif insanlar üçün Regional İnformasiya Mərkəzləri yaradılıb. Bu Mərkəzlərdə həmin şəxslər informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə imkanları əldə edirlər.
Gözdən Əlillər Cəmiyyəti ilə birgə bu təbəqədən olan şəxslər üçün Brayl sistemi üzrə peşə hazırlığı kursları da təşkil edilir. Bununla yanaşı, 2013-cü ilin dekabrından nazirliyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi fəaliyyət göstərir ki, indiyədək mərkəzdə peşə reabilitasiyasına qəbul olunan 1000 nəfərdən çox şəxsin bir qismi gözdən əlillər olub. Əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi, onların beynəlxalq yarışlarda iştirakı üçün şərait yaradılması və s. istiqamətlərdə görülən işlərdən də bəhs olunub. Bu işlərin, nazirliyin sosial sifarişləri əsasında icra olunan sosial xidmət layihələrinin gözdən əlilləri də əhatə etdiyi bildirilib.
X.A.Naemi ölkəmizdə gözdən əlillərə qayğı göstərilməsi, onların cəmiyyət həyatında iştirak imkanlarına malik olmaları üçün aparılan işlərin onda xoş təəssüratlar yaratdığını vurğulayıb. O, təmsil etdiyi qurumun ərəb ölkələrində gözdən əllərin cəmiyyətə inteqrasiyasının dəstəklənməsi istiqamətində fəaliyyəti, icra etdiyi layihələr barədə məlumat verib. X.A.Naemi Azərbaycanla da bu sahədə əməkdaşlığın həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüşdə əməkdaşlıq əlaqələrinin qurulmasına və birgə həyata keçirilə biləcək layihələrə dair fikir mübadiləsi aparılıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info