ADPU-da Elektron Universitet yaradılacaq
Tarix: 17.01.2017 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Yanvar ayının 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Ali təhsilin informatlaşmasının aktual problemləri. Elektron Universitet: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Təhsil Nazirliyinin (TN), Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), ali təhsil müəssisələrinin, kommersiya qurumlarının nümayəndələri, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən tanınmış mütəxəssislər, ekspertlər iştirak ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov dəyirmi masanı giriş sözü ilə açaraq bildirib ki, dövlət başçımız İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda və 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”də ali təhsil sisteminin inkişafı çərçivəsində universitetlərdə təhsilin informatlaşması sahəsində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Digər tərəfdən, Azərbaycanın təhsil sahəsində qoşulduğu Boloniya prosesində İKT-nin tədris prosesinə geniş tətbiqi, təhsil müəssisələrinin elektron idarə edilməsi, elektron universitet, distant təhsil kimi vacib məqamlar öz əksini tapıb. Təhsil Nazirliyi bir çox universitetlərdə, o cümlədən ADPU-da Elektron Universitetin yaradılması istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirir. ADPU-da “Ali təhsilin informatlaşmasının aktual problemləri. Elektron Universitet: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masanın keçirilməsində məqsəd bu sahədə mövcud vəziyyətin təhlil olunması və perspektivləri müzakirə etmək, eləcə də ayrı-ayrı universitetlərin iş təcrübəsi ilə tanış olmaqdır.
Dəyirmi masada ADPU-nun “İKT Mərkəzi”nin direktoru, dosent İlham Əhmədov “Ali təhsilin informatlaşmasının əsas istiqamətləri”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “İT Departamenti”nin direktoru Elnur Səfərli “Elektron Universitetin yaradılmasının aktual problemləri”, Bakı Dövlət Universitetinin (BDU) “İT Mərkəzi”nin şöbə müdiri Şahin Əsgərov “Universitetin elektron təlim sisteminin yaradılmasına kompleks yanaşma”, Azərbaycan Texniki Universitetinin (AzTU) “İT və proqramlaşdırma” kafedrasının müdiri, dosent Zəfər Cəfərov “AzTU-da “Elektron Universitet” layihəsinin tətbiqi təcrübəsi” mövzularında slaydlarla çıxışlar ediblər. Çıxışlarda təhsilin informatlaşmasının qlobal əhəmiyyətli, məqsədyönlü, xüsusi təşkil edilmiş, mükəmməl bir proses olduğu, həmçinin İKT-nin tədris prosesinə tətbiqi miqyasının genişləndirilməsinin təhsilin keyfiyyətinin yüksəldilməsinə və bu sahədə keyfiyyətli kadr hazırlığının həyata keçirilməsinin təhsilin informatlaşmasının müasir dünya standartları səviyyəsinə uyğunlaşmasına müsbət təsir edə biləcəyi fikirləri vurğulanıb. Təhsil Nazirliyinin nümayəndəsi İlham Hümbətov, Memarlıq və İnşaat Universitetinin əməkdaşı Sərxan Talıbzadə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Nasim Abışov, Azərbaycan Turizm və Menecment Universitetinin İnformatika kafedrasının müdiri, dosent Nazim Rüstəmov, Təhsilin İnkişafı İnstitutunun əməkdaşı Almaz Həsrət, Azərbaycan Multimedia Mərkəzinin direktoru Osman Gündüz, ekspertlər Əhməd Qəşəmoğlu, Bəhram Atabəyli və başqaları çıxış edərək universitetlərin elektron idarəetmə sisteminin yaradılması və bu sahədə vahid standartların müəyyən edilməsi ilə bağlı öz fikir və təkliflərini bildiriblər. Dəyirmi masada ali təhsilin informatlaşmasının əsas istiqamətləri, universitetin elektron təlim sisteminin yaradılmasına kompleks yanaşma, Elektron Universitetin yaradılmasının aktual problemləri və texniki-texnoloji aspektləri ilə bağlı maraqlı və səmərəli müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Rektor Cəfər Cəfərov sonda iştirakçılara maraqlı və dəyərli təkliflərinə görə təşəkkür edib və milli təhsil sisteminə xidmət edən belə tədbirlərin müntəzəm keçirilməsinin vacibliyini vurğulayıb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info