Kompüter proqramı diaqnoz qoyur
Tarix: 17.01.2017 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Amerikalı mütəxəssislər 5 yaşlı pasiyentdə nadir genetik xəstəlik diaqnozunu təsdiq etməyə nail olublar. Bu halda kompüter sözügedən diaqnostikaya 1 dəqiqə vaxt sərf edib.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, kompüter proqramına müraciətdən öncə "ənənəvi" diaqnostika metodlarından istifadə olunub. Amerikalı ailə öz uşağının xəstəliyinin səbəbini müəyyənləşdirmək üçün əlindən gələni edib. Qıcolma, çətin nəfəsalma və xroniki qulaq infeksiyaları şəklində aşkar simptomlara baxmayaraq, heç bir həkim əsl diaqnozu təyin edə bilməyib. Mütəxəssislərə çoxsaylı müraciətlər və maqnit rezonans tomoqrafiyasının keçirilməsi, həmçinin molekulyar analizlər heç bir nəticə verməyib.
Bundan sonra valideynlər genetik pozulmalar üzrə analiz vermək qərarına gəliblər. Nəticə müsbət olub: analiz “ARID1B” genində nasazlıq aşkar edib ki, bu da Koffin-Siris xəstəliyinin mövcudluğu deməkdir. Mütəxəssislər iddia edirlər, bu xəstəlik üçün qeyri-bərabər saç örtüyü, həmçinin çeçələ barmaqların deformasiyası tipikdir, bu da indiki vəziyyətdə müşahidə olunmayıb, buna görə diaqnostika prosesi asan olmayıb.
Ən maraqlısı odur ki, xəstəliyin səbəbi müəyyənləşdirildikdən sonra həkimlər “Facebook”un mütəxəssisləri tərəfindən hazırlanmış “Face2Gene” kompüter proqramını sınaqdan keçirməyə qərar veriblər. Sözügedən proqram pasiyentin şəklindən istifadə etməklə iki dəqiqə ərzində eyni diaqnozu qoyub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info