“Azərbaycan dünyaya millətlərarası və konfessiyalararası siyasət nümunəsi göstərir”
Tarix: 17.01.2017 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


“Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edib. Bu, əlbəttə, islamın radikallaşdırılmasına qarşı mübarizəyə və quruculuq məqsədləri üçün qüvvələrin birləşdirilməsinə yönəlmiş mühüm addımdır”. RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.
Rusiyalı parlamentarinin fikrincə, məhz 2015-ci ildə Birinci Avropa Oyunlarının paytaxtı olmuş Azərbaycanın bu il İslam Həmrəyliyi Oyunlarının paytaxtı olması dərin rəmzi məna daşıyır. D.Savelyev deyib: “Məhz bu ölkə dünyaya düzgün millətlərarası və konfessiyalararası siyasət nümunəsi göstərir. Bunun sayəsində əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycan, məsələn bugünkü Avropanın üzləşdiyi onlarca problemlərlə heç vaxt qarşılaşmayıb. Hüquq bərabərliyi, bütün millətlərin və dinlərin dostluğu və sülh – budur Azərbaycan. İdman isə böyük birləşdirici qüvvədir”.
RF Dövlət Dumasının deputatı əmindir ki, bu il may ayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları azarkeşlərə də güclü təsir bağışlayacaq. D.Savelyev vurğulayıb: “özü də təkcə ona görə yox ki, Azərbaycan bu cür tədbirləri həqiqətən möhtəşəm səviyyədə təşkil etməsi ilə ad çıxarıb, həm də Bakının fantastik gözəlliyi, onun sakinlərinin mehribanlığı, səmimiliyi sayəsində. Aralarında rusların, osetinlərin, gürcülərin, yunanların, polyakların da olduğu Bakı sakinlərinin hamısı qürurla özlərini multikultural Azərbaycanın vətəndaşları adlandırırlar”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info