“Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi sülhsevər təşəbbüsdür”
Tarix: 18.01.2017 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi qardaş Türkiyə Respublikasında da böyük rəğbətlə qarşılanıb. Məsələyə münasibət bildirən Türkiyə Respublikasının Diyanət İşləri Başqanı, professor Mehmet Görmez AZƏRTAC-a müsahibəsində deyib: “Bütün insanlığın sevgiyə, mərhəmətə, həmrəyliyə çox ehtiyac duyduğu bir zamanda Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi olduqca humanist və sülhsevər bir təşəbbüsdür. İnanıram ki, Azərbaycan qədim və zəngin mədəniyyəti ilə bu həmrəyliyə böyük töhfələr verəcək, İslam aləmində, ümumiyyətlə bütün dünyada insanlar arasında sevgi və məhəbbət, mərhəmət hisslərini gücləndirəcək. Mehmet Görmez vurğulayıb ki, Azərbaycan Prezidentinin bu təşəbbüsü müsəlman aləmində həmrəyliyin möhkəmlənməsinə, bu istiqamətdə önəmli işlərin görülməsinə təkan verəcək: “Qardaş Türkiyə olaraq “İslam Həmrəyliyi İli”ndə biz də öz köməyimizi göstərmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Heç şübhəsiz, “İslam Həmrəyliyi İli” təkcə Azərbaycanda deyil, bütün İslam aləmində sülhün, əmin-amanlığın, həmrəyliyin yaranmasında və möhkəmlənməsində mühüm rol oynayacaq”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info