Çexiya Azərbaycandan qaz almaqda maraqlıdır
Tarix: 18.01.2017 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


“Çexiya “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Azərbaycandan qaz almaqda maraqlıdır”. Bakıda səfərdə olan Çexiyanın sənaye və ticarət naziri Yan Mladek bu sözləri jurnalistlərlə söhbətində deyib. Nazir Azərbaycanı Çexiyanın strateji tərəfdaşı adlandıraraq deyib: “Çexiya üçün Azərbaycan Rusiyadan sonra ikinci əsas neft göndərən ölkədir. Bizim üçün əsas məsələ odur ki, bu neft Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə daxil olur. Biz bu istiqaməti dəstəkləmək istəyirik”. Yan Mladekin sözlərinə görə, Çexiya “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafını böyük maraqla izləyir. “Ümidvarıq ki, gələcəkdə Çexiya bu qazı Avstriyadakı terminaldan ala biləcək”, - deyən nazir qeyd edib ki, Çexiya “Cənub Qaz Dəhlizi” vasitəsilə təkcə Azərbaycandan yox, Qazaxıstan, İran və digər ölkələrdən də qazı almaq imkanı əldə edəcək.




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
“Kuwait Airways” Bakıya aviareys açmaq niyyətindədir
16.02.2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub
15.02.2019
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info