“Rusiya ilə problemləri aradan qaldırmaq üçün real şans yaranıb”
Tarix: 18.01.2017 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


“Yaxın 2-3 ildə Dnestryanı bölgə ilə bağlı problemin həllinə nail ola biləcəyimizə inanırıq”

“Kişinyov Moskva ilə konstruktiv dialoq qurmağa köklənib. Artıq iki ölkə arasında həllini gözləyən bəzi problemləri aradan qaldırmaq üçün real şans yaranıb”. Bu fikirləri Moldova prezidenti Igor Dodon Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşü zamanı
bildirib.

“Biz artıq Rusiya ilə dialoq qurmaq üçün real şansın yarandığını başa düşürük”- deyə Dodon qeyd edib. 2008 -ci ildən bəri Rusiyaya ilk səfəri olduğunu xatırladan Moldovanın dövlət başçısı iki ölkə arasında ticarət sahəsində əməkdaşlıq məsələlərinin, tanınmamış Dnestryanı bölgənin və həmçinin moldovalı miqrantların taleyi ilə bağlı məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib. Görüş zamanı daha çox Dnestryanı bölgənin gələcək taleyindən narahatlığını bildirən Dodon bu problemin siyasi həllinin yaxın 2-3 ildə əldə edilə biləcəyinə ümidvar olduğunu bildirib: “Təəssüf ki, 2000-ci ildən bəri bir dəfə bu problemi həll etmək imkanını əldən vermişik. Lakin hazırda geosiyasi vəziyyəti nəzərə alaraq yaxın 2-3 ildə problemin həllinə nail ola biləcəyimizə inanırıq”. Moldova ilə Avropa Birliyi arasında bir sıra müqavilənin imzalandığını xatırladan Dodon bildirib ki, ölkəsi bu məsələdə tələskənliyə yol verib: “Biz həmin ərəfədə geosiyası vəziyyətlə bağlı tələsik də olsa bu addımı atmaq məcburiyyətində qalmışdıq”. Qeyd edilməlidir ki, Moldova 2014-cü ilin iyununda hərtərəfli azad ticarət sahəsində Avropa Birliyi ilə saziş imzalayıb. Moldova parlamentində ratifikasiyadan keçən bu sazişdən sonra Kişinyovun Moskva ilə münasibətlərində soyuqluq daha da artmağa başlamışdı. Bu sazişə əsasən Moldova tam olaraq öz bazarını Avropa malları üçün açmalı idi. Moskvanıda daha çox narahat edən Avropa Birliyi mallarının Moldova vasitəsilə Rusiya bazarına daxil olması idi. Ona görə də bir sıra Moldova mallarına qadağa tətbiq edilmişdi. Bütün bunlara rəğmən, Moldova-Rusiya münasibətlərinin ən yaxşı dövrünü xatırladan Dodon bu münasibətlərin bu gün də öz əhəmiyyətini itirmədiyini, Moldovada keçirilən son prezident seçkilərində xalqın Rusiya ilə strateji tərəfdaşlığa müsbət rəy verdiyini qeyd edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info