“Birləşmiş Krallıq Avropa İttifaqının vahid bazarını tərk etməlidir”
Tarix: 18.01.2017 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


“Birləşmiş Krallıq Avropa İttifaqının (Aİ) vahid bazarını tərk etməlidir. Vahid bazarı tərk etməmək Aİ-ni bütövlükdə tərk etməmək deməkdir”.
Bu sözləri Böyük Britaniyanın Baş naziri Tereza Mey Strasburqda “Brexit” ilə bağlı çıxışı zamanı səsləndirib. O qeyd edib ki, Birləşmiş Krallıq “Brexit”dən sonra maksimum səviyyədə bazara çıxış əldə etməyə çalışacaq, lakin bazarda qalmaq mümkün olmayacaq. Baş nazir diqqətə çatdırıb ki, Aİ ilə Birləşmiş Krallıq arasındakı son razılaşma parlamentdə səsə qoyulacaq. “Brexit”dən sonra Böyük Britaniyanın Aİ-ə ödədiyi vəsait də dayandırılacaq. T.May, həmçinin Birləşmiş Krallığın “Brexit” prosesindəki prioritetləri haqqında da məlumat verib. O qeyd edib ki, İrlandiya Respublikası ilə ortaq səyahət zonasını saxlamaq, Aİ ilə tarifsiz ticarət, İttifaq ilə gömrük razılaşması, İttifaq xarici ölkələr ilə yeni ticarət müqavilələri, davamlı kəşfiyyat və polis məlumatlarının paylaşılması, Aİ və Böyük Britaniya vətəndaşlarının qarşılıqlı olaraq immiqrasiya hüquqlarının qorunması “Brexit” prosesindəki prioritet məsələlərdir. Baş nazir Aİ-ə xəbərdarlıq edərək deyib ki, “Brexit”ə Britaniya üçün cəza olaraq baxılması düzgün deyil və bu, dostluq münasibətlərini pozaraq İttifaq ölkələrinin özləri üçün də zərərli olar.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info