Xoşbəxt Yusifzadə: “Ölkəmizin inkişafını yalnız neftə, qaza bağlamaq düzgün olmaz“
Tarix: 18.01.2017 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


"Əsrlər boyu biz neftimizlə tanınmışıq və ən çətin vaxtlarda, o cümlədən müstəqilliyimizin 25 ili ərzində neft bizim dayağımız olub". "APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə "Respublika" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, müasir dövrdə ölkənin inkişafına bəslənilən bütün ümidləri yalnız neftə, qaza bağlamaq düzgün olmaz: "Buna görə, respublika rəhbərliyinin çalışdığı odur ki, sənayenin qeyri-neft sektoru da, kənd təsərrüfatı, turizm, xidmət sahələri də daha yüksək surətlə inkişaf etsin, bunların hamısı bir-birini tamamlasın və nəticə etibarı ilə gələcəyimiz yalnız bir sahədən asılı olmasın. Əgər prezident deyirsə ki, biz bütün hədəflərə çatacağıq, deməli, belə də olacaq və mənim buna zərrəcə şübhəm yoxdur. Çünki İlham Əliyevin zəkasına, iradəsinə və qətiyyətinə hələ ötən əsrin 90-cı illərinin əvvəllərindən bələdəm. Neftin qiymətləri məsələsinə gəlincə, deyə bilərəm ki, bu qiymətlər dalğavarı olaraq, zaman-zaman qalxıb da, düşüb də. "Əsrin müqaviləsi” imzalananda neftin bir bareli 13 dollar idi. Sonra qiymət 100 dolları keçdi. Bu bir eyforiya yaratdı. Sonra yenə enmə - 1 barel üçün 40-50 dollar. Hesab edirəm ki, belə enmələr bizə problem yarada bilməz. Keçən il neft gəlirlərinin hətta azalması da respublikanı inkişafdan saxlaya bilmədi. Çünki iqtisadiyyatımız möhkəm təməl üzərindədir. O ki, qaldı "neft kapitalının insan kapitalına çevrilməsinə" - bu, zəruri, lakin olduqca mürəkkəb məsələdir. Neft kapitalı belədir ki, nefti satırsan və böyük məbləğdə kapital əldə edirsən, milyardlar qazanırsan. İnsan kapitalı isə məbləğlə, manatla, dollarla ölçülmür. İnsan kapitalı başqa ölçülərlə müəyyən edilir. Neft kapitalının insan kapitalına çevrilməsi millətin zəka potensialının zənginləşməsi, müasir dövrdə mürəkkəb məsələləri uğurla həll etməyə qadir olan ağıllı, bilikli, elmli insanların - əsl intellektualların yetişdirilməsi deməkdir".

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info