Mərkəzi Kəşfiyyat İdarəsi soyuq müharibə və UNO barədə sənədləri dərc edib
Tarix: 18.01.2017 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi təxminən 13 milyon səhifədən ibarət müxtəlif sənədlərin toplandığı arxivini dərc edib.
AZƏRTAC xəbər verir ki, CNN telekanalının yaydığı məlumata görə, əvvəllər bu sənədlərə yalnız Merilend ştatında yerləşən Milli Arxivin dörd kompüter terminalında baxmaq mümkün idi.
Mərkəzi Kəşfiyyat İdarəsi məxfilikdən çıxarılmış sənədləri 2017-ci ilin sonlarında internetdə yerləşdirməyi planlaşdırsa da, sonradan prosesi sürətləndirməyi qərara alıb.
Dərc olunmuş sənədlərdə, əsasən Vyetnam müharibəsi, Koreya münaqişəsi və “soyuq müharibə” zamanı Mərkəzi Kəşfiyyat İdarəsinin fəaliyyəti əks olunub. Burada, həmçinin naməlum uçan obyektlərin (UNO) mümkün varlığı və insanların müxtəlif bacarıqları, o cümlədən hadisələri “qabaqcadan görmə” və uzaq məsafədən informasiya toplama qabiliyyətlərinə dair tədqiqatların aparıldığı “Stargate” hərbi layihəsi barədə məlumatlar təqdim edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info