Yan Mladek: “Çexiya Azərbaycanla əlaqələri daha da genişləndirməkdə maraqlıdır”
Tarix: 18.01.2017 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Çex Respublikasının sənaye və ticarət naziri Yan Mladekin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 18-də Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclis sədrinin müavini, işçi qrupun rəhbəri Valeh Ələsgərov iki ölkə arasındakı əlaqələrdən söz açıb. O, səfər çərçivəsində keçirilən görüşlərin Azərbaycan-Çexiya münasibətlərinin dərinləşməsinə, iqtisadi, siyasi və başqa sahələrdə əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.
Azərbaycan-Çexiya əlaqələrinin bütün sahələrdə yüksək səviyyədə olduğunu deyən Milli Məclis sədrinin müavini qeyd edib ki, həm hökumətlərarası, həm də parlamentlərarası münasibətlərimiz başqa ölkələr üçün nümunə ola bilər.
Ölkəmizin iştirakı ilə həyata keçirilən enerji layihələrindən söhbət açan Valeh Ələsgərov Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, bu layihənin işə başlaması Avropa və Xəzəryanı ölkələr ilə Yaxın və Uzaq Şərq ölkələri arasında ticarət əlaqələrinin daha da genişlənməsinə imkan yaradacaq.
Çexiyanın sənaye və ticarət naziri Yan Mladek ölkələrimiz arasında dostluq münasibətlərinin mövcud olduğunu deyib. Bu əlaqələrin getdikcə daha da inkişaf etdiyini söyləyən nazir dövlət başçılarının görüşlərinin, Azərbaycan ilə Çexiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin önəmini qeyd edib, parlamentlərarası əlaqələrin razılıq doğurduğunu vurğulayıb. Yan Mladek deyib ki, bu gün Azərbaycan Çexiyanın enerji ehtiyaclarının üçdə bir hissəsini təmin edir.
Çexiyanın Azərbaycanla əlaqələri daha da genişləndirməkdə maraqlı olduğunu bildirən nazir ölkəmizi Avropa İttifaqı ilə strateji tərəfdaşlıq danışıqlarının aparılmasında dəstəkləməyə hazır olduğunu diqqətə çatdırıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info