Azərbaycan Çexiya ilə əczaçılıq sahəsində əməkdaşlıq edə bilər
Tarix: 18.01.2017 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Azərbaycanla Çexiya arasında əməkdaşlıq istiqamətlərindən biri də əczaçılıq və tibbi avadanlıq istehsalı sahəsi ola bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 4-cü iclasında deyib.
Onun sözlərinə görə, artıq bu sahədə İran və Rusiya şirkətləri ilə birgə müəssisənin təməli qoyulub. Hazırda hər iki zavod Pirallahı Sənaye Parkında inşa olunur. Bu zavodlara vergi və gömrük güzəştləri daxil olmaqla 7 il müddətinə vergidən azadolma rejimi tətbiq olunub.
Çexiya tərəfindən də bu sahəyə maraq göstərilərsə, Azərbaycan tərəfi eyni vergi rejimini tətbiq etməyə və sözügedən ölkənin şirkətləri üçün əlverişli şərait yaratmağa hazırdır.
Qeyd olunub ki, vergi güzəşti ilə bağlı məsələlər kənd təsərrüfatı texnikası və texnologiyası istehsalına da aiddir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info