20 Yanvarla bağlı Suraxanı rayonunda silsilə tədbirlər keçirilir
Tarix: 18.01.2017 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Qanlı 20 Yanvar faciəsinin 27-cı ildönümü ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda silsilə tədbirlər keçirilir.
Rayon icra hakimiyyətindən bildirilib ki, növbəti tədbir Hövsan qəsəbəsində yerləşən 23 saylı şəhər poliklinikasında təşkil olunub. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra 20 yanvar faciəsinin qurbanları və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Poliklinikanın baş həkimi Şərəbanı Yusifzadə deyib ki, Qanlı 20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi qalacaq. Bu, keçmiş sovet hərbi maşınının böyük bir millətə tuşlanmış amansız terror aktı idi.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev qeyd edib ki, yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilib. Ümummilli Liderimizin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Azərbaycan Respublikasının Milli Məclisi həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarda yanvar hadisələrinin əsl səbəblərini açıqladı, həqiqi günahkarlar aşkarlandı. Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial problemlərinin həll edilməsinə xüsusi diqqət göstərir. Xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, dünyada tanınan Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyeva müharibə veteranlarının, şəhid ailələrinin problemlərinə də böyük qayğı ilə yanaşır.
Tədbirdə çıxış edənlər vurğulayıblar ki, 20 Yanvar faciəsi, eyni zamanda, xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin dönüş nöqtəsidir.
Sonda məktəblilərin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info