“Jewish Journal”: “Qara Yanvarın ildönümündə yəhudi bacıma məktub”
Tarix: 18.01.2017 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Amerikada çıxan “The Jewish Journal” nəşrində Xocalı qətliamının şahidi Dürdanə Ağayevanın “Qara Yanvarın ildönümündə yəhudi bacıma məktub” adlı məqaləsi dərc edilib. Məqalənin müəllifi 1990-cı ilin yanvarında Bakıda törədilmiş faciəli hadisələrin qurbanlarından birinə - Vera Bessantinaya müraciət edir. D.Ağaeva Qara Yanvarın başqa qurbanları ilə birlikdə Şəhidlər xiyabanında dəfn edilmiş Vera ilə sanki canlı həmsöhbət kimi danışaraq 1990-cı ili xatırlayır. O vaxt ki, Bakıya silahlı müdaxilə etmiş sovet qoşunlarının 26 minlik kontingenti qarşısına çıxan hər kəsi qırırdı. Azərbaycanın yüzlərlə dinc sülh öldürüldü. Müəllif yazır: “Bu, sovet lideri Mixail Qorbaçovun sovet zülmündən azad olmağa calışan şəhəri və xalqı cəzalandırmaq üçün son cəhdi idi”.
Öz mənzilində snayper atəşi ilə qətlə yetirilmiş 16 yaşlı Veraya müraciət edən Dürdanə Ağayevanın yazdığı kimi, o, heç təsəvvür edə bilməzdi ki, cəmi iki ildən sonra Xocalının bütün sakinləri kimi o da eyni aqibəti yaşayacaq, lakin bu dəfə Azərbaycanın dinc əhalisi erməni qoşunları tərəfindən qırğına məruz qalacaq. “Human Rights Watch” hüquq-müdafiə təşkilatının “münaqişə zonasında ən iri kütləvi qırğın” adlandırdığı Xocalı qətliamında 613 dinc sakin, o cümlədən çoxsaylı uşaqlar, qocalar və qadınlar qətlə yetirilib.
Müəllif daha sonra 1991-ci ilin oktyabr ayında Azərbaycanın müstəqilliyinin bərpa olunması barədə yazır. O qeyd edir ki, Azərbaycan yəhudiləri, həmçinin onların müsəlman və xristian həmvətənləri bu ölkəni Vətən adlandırırlar.
Müəllif Veraya müraciətinin sonunda yazır: “Bu gün sənin xatirən Bakıda, bütün dünyadan buraya gələn insanların ziyarət etdiyi Şəhidlər xiyabanında əbədiləşdirilib. Hər il bu faciənin ildönümündə mən səni, sənin həyatını və bu həyatdan necə məhrum edildiyini xatırlayıram. Həmin gün, bizim keçmiş üzərində qələbəmiz və millətimizin azadlığa sonsuz sədaqəti heç vaxt unudulmayacaq”.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info