Ermənistan ordusu “maketlərə” möhtac qalıb
Tarix: 18.01.2017 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Ötən ilin aprelində qüdrətli ordumuzun işğal altında olan min hektarlarla ərazini və mühüm strateji yüksəklikləri azad etməsindən sonra vahiməyə düşən Ermənistanın hərbi sahədə Azərbaycana qarşı üstünlüyünü acizanə şəkildə nümayiş etdirmək cəhdləri növbəti dəfə iflasa uğradı. Guya güclü artilleriya qurğularına və raket komplekslərinə malik olduğunu bütün dünyaya car çəkən, bunu “nümayiş” etdirməkdən çəkinməyən forpost dövlət ortaya çıxan əsaslı faktlarla bir daha ifşa edildi.
Belə ki, etibarlı mənbələrdən aldığımız məlumata görə, Rusiyanın Ermənistanda yerləşdirilən 102 saylı hərbi bazasının tərkibində “maket hərbi hissəsi” adlandırılan hərbi hissə yaradılıb. Həmin hərbi hissənin şəxsi heyətinin əsas vəzifəsi əvvəlcədən müəyyən edilmiş yerlərdə müxtəlif hərbi texnikaların, o cümlədən raket komplekslərinin, tankların, artilleriya qurğularının maketlərini qurmaqdır. Bu maketlərin bir hissəsinin Ermənistan ordusu tərəfindən gələcəkdə Azərbaycan Ordusuna və xalqına qarşı psixoloji təsir vasitəsi kimi istifadə olunmasına cəhdlər ola bilər.
Görünür, Ermənistan və onun köhnə at arabasına bənzəyən ordusu Azərbaycan Ordusunun gücü, onun sahib olduğu yüksək döyüş qabiliyyətinə malik hərbi texnikaları, aviasiyası, artilleriya sistemləri, raket kompleksləri qarşısında vahiməyə düşdüyünə görə, bir qaşıq suda fırtına qoparmaq məcburiyyətində qalıb. Daxili və xarici siyasətini yalan və mif üstündə quran Ermənistan indi hərbi məsələlərdə də bu vasitəyə əl atır. İqtisadi baxımdan dalana dirənən, ondan-bundan pul dilənən, xarici siyasətdə uğursuzluğa düçar olan, bütün regional proqramlardan təcrid edilən, ordusu çökən, heç bir perspektivi olmayan oyuncaq dövlətdən bundan artığını gözləmək də mümkün deyil.
Reallıqdır ki, əgər Ermənistan ötən ilin aprel döyüşləri zamanı öz havadarlarına və digər dövlətlərə yalvarmasaydı, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll edəcəkdi. Məhz bu döyüşlərdən sonra Ermənistan ordusu haqqında yaradılan mifin dağılması hakimiyyəti çətin vəziyyətdə qoymaqla yanaşı, dünya ermənilərində də ruh düşkünlüyü yaradıb. Təkcə Naxçıvanda mövcud olan və xarici hərbi ekspertlər tərəfindən döyüş qabiliyyəti müasir dünya orduları ilə müqayisə edilən Əlahiddə Ümumqoşun Ordusunun düşmən ölkə ərazisindəki istənilən obyekti, o cümlədən İrəvanı darmadağın edə bilən raket komplekslərinə malik olması Ermənistanda daha böyük təşviş yaradıb. Onlar yaxşı anlayırlar ki, əgər genişmiqyaslı hərbi əməliyyatlar başlasa, Əlahiddə Ümumqoşun Ordusu Ermənistan üçün çox böyük təhlükəyə çevriləcəkdir. Aparılacaq hərbi əməliyyatlar nəticəsində isə Azərbaycan Silahlı Qüvvələri qısa zamanda Qarabağı və digər ərazilərimizi işğaldan azad edəcəkdir. Odur ki, ermənilər ümidlərini maketlərə bağlayıblar. Unutmayaq ki, sabun köpüyü havada çox qalmaz...
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Türkmənistanda elektrik enerjisi, qaz, su və duzdan pulsuz istifadə ləğv olunub
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info