Azərbaycanda bu məhdudiyyət aradan qaldırıla bilər
Tarix: 18.01.2017 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


“Gözün buynuz qişası toxumalarının Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulduğundan xəstələri əməliyyat edə bilmirik”.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə Komitəsinin iclasında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov deyib.
E.Qasımov bildirib ki, hazırda gözündə problem olan 2987 xəstə əməliyyat növbəsinə dayanıb: “Onların vaxtı gedir, əməliyyat olunmalıdırlar, çünki onlar vaxtında əməliyyat olunmasalar, görmə qabiliyyətlərini itiriə bilərlər”.
Mərkəz direktoru vurğulayıb ki, gözün buynuz qişasının Azərbaycana gətirilməsi ilə bağlı məhdudiyyətin aradan qaldırılması xəstələrin vaxtında əməliyyat olunaraq sağalmasına imkan verə bilər:
"Həmin xəstələrin 70 faizi gənclərdir. Müəyyən qurumlar var ki, xəstələri xarici ölkələrə əməliyyata aparır. Onlar ölkəyə gəldikdən sonra fəsadlar yaranır. Çünki həmin xəstələr ambulator müayinədən keçməlidirlər, həkim nəzarətində olmalıdırlar. Ona görə də xəstələr ölkəyə qayıtdıqdan sonra problemlər yaranır”.
O bildirib ki, Azərbaycanda bu əməliyyatlar pulsuz həyata keçirilir.
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev isə deyib ki, Azərbaycanda da buynuz qişa toxumasının dünyasının dəyişən şəxslərdən də götürmək olar, amma bunun üçün xüsusi klinikaların olması vacibdir:
“Hələlik isə bu toxumanın Azərbaycana gətirilməsi ilə bağlı məhdudiyyət aradan qaldırılmalıdır. Bunun üçün Gömrük Məcəlləsinə dəyişiklik edilməlidir. Çünki həmin toxumalar gömrük keçid məntəqələrindəki rentgen aparatından keçirilə bilməz. Toxuma aparatdan keçirildikdən sonra funksiyasını itirir”.
Komitə sədri Əhliman Əmiraslanov da məsələnin vacibliyini qeyd edib və bildirib ki, bu məhdudiyyət aradan qaldırılmalıdır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info