«Bir mətbuat konfransının tarixi» sənədli filminin təqdimatı keçiriləcək
Tarix: 18.01.2017 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


Yanvarın 19-da Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində «Bir mətbuat konfransının tarixi» adlı sənədli filmin təqdimatı keçiriləcək. Məlum olduğu kimi, Ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Moskvada mətbuat konfransı təşkil edərək 20 Yanvar faciəsinin təşkilatçılarına kəskin etirazını bildirmiş, hadisəyə siyasi qiymət vermişdi. Onun çıxışından sonra Moskvada yaşayan minlərlə azərbaycanlı etiraz mitinqləri keçirmişdi. Bununla yanaşı Rusiyadan SSRİ Ali Sovetinin deputatları, ictimai təşkilatların nümayəndələri Bakıya gəlmişdilər. Nəticədə 20 Yanvar faciəsi barədə əsl həqiqətlər geniş ictimaiyyətə çatdırılmış, mövcud istiqamətdəki yanlış ictimai rəy aradan qalxmışdı. «Bir mətbuat konfransının tarixi» sənədli filmində bütün bu məqamlara nəzər salınmış, Ulu öndər Heydər Əliyevin o zamankı fəaliyyəti ətraflı təhlil edilmiş, həmçinin dövrün şahidləri olan şəxslərin fikirləri yer almışdır.
Qeyd edək ki, «Bir mətbuat konfransının tarixi» sənədli filminin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllifi əməkdar jurnalist Mübariz Əsgərovdur. Ekran işi «Qulp studio» tərəfindən hazırlanıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info