«Bir mətbuat konfransının tarixi» sənədli filminin təqdimatı keçiriləcək
Tarix: 18.01.2017 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


Dekabrın 19-da Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində «Bir mətbuat konfransının tarixi» adlı sənədli filmin təqdimatı keçiriləcək. Məlum olduğu kimi, Ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Moskvada mətbuat konfransı təşkil edərək 20 Yanvar faciəsinin təşkilatçılarına kəskin etirazını bildirmiş, hadisəyə siyasi qiymət vermişdi. Onun çıxışından sonra Moskvada yaşayan minlərlə azərbaycanlı etiraz mitinqləri keçirmişdi. Bununla yanaşı Rusiyadan SSRİ Ali Sovetinin deputatları, ictimai təşkilatların nümayəndələri Bakıya gəlmişdilər. Nəticədə 20 Yanvar faciəsi barədə əsl həqiqətlər geniş ictimaiyyətə çatdırılmış, mövcud istiqamətdəki yanlış ictimai rəy aradan qalxmışdı. «Bir mətbuat konfransının tarixi» sənədli filmində bütün bu məqamlara nəzər salınmış, Ulu öndər Heydər Əliyevin o zamankı fəaliyyəti ətraflı təhlil edilmiş, həmçinin dövrün şahidləri olan şəxslərin fikirləri yer almışdır.
Qeyd edək ki, «Bir mətbuat konfransının tarixi» sənədli filminin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllifi əməkdar jurnalist Mübariz Əsgərovdur. Ekran işi «Qulp studio» tərəfindən hazırlanıb.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info